{category-title}

 

Ermənistanla sərhəd məsələsi Azərbaycanın xeyrinə həll olunacaq - SORĞU

 


Sosial Tədqiqatlar Mərkəzi müharibədən sonrakı siyasi proseslərdən gözləntilərə dair keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.

Sorğu Azərbaycanın bütün bölgələrini əhatə etməklə 600 şəxs arasında keçirilib.

Respondentlərin demək olar ki, yarısı (45,2 %) Zəngəzur dəhlizinin 1 il ərzində açılmasını gözlədiyi halda, dəhlizin 2-5 il ərzində açılacağını düşünənlərin çəkisi 24,6 %-ə bərabərdir.

Qarabağ və ətraf ərazilərdə mina siyasətinə dair rəyi öyrənilənlərin yarısı (50,7 %) hesab edir ki, hökumət beynəlxalq təşkilatları mina xəritələrinin açıqlaması üçün Ermənistana sanksiyalar tətbiq etməyə çalışmalıdır. Təxminən hər on respondentdən biri bu qənaətdədir ki, sərhədlərin müəyyənləşdirilməsi tezliklə yekunlaşmalı (7,6 %) və minaların təmizlənməsi istiqamətində xarici əlaqələr gücləndirilməlidir  (9,4 %).

Respondentlərin əhəmiyyətli hissəsi (73,4 %) Azərbaycan-Ermənistan sərhədindəki prosesləri izləyir. Bu kateqoriyaya arasında Ermənistan-Azərbaycan sərhəd məsələsinin Azərbaycanın iradəsi ilə onun xeyrinə yekunlaşacağını düşünənlərin çəkisi 69,4 % təşkil edir.

Lakin respondentlərin müəyyən hissəsi (15,5 %) bu prosesin Ermənistan tərəfindən uzadılacağından narahatdır.

Respondentlərin 37 %-i erməni hərbi diversantlarının Bakıda məhkəmə prosesini mütəmadi qaydada, 21 %-i tez-tez, 16,5 %-i bəzən izləyir. Məhkəmə prosesini izləyənlərin daha çox hissəsi hesab edir ki, bu proses nəticəsində Azərbaycanın qanunlarına hörmət etmək istəyən ermənilər də insanlarımıza qarşı qəddarlığın cəzasız qalmayacağını dərk edəcək (35,7 %).

Digər geniş yayılmış qənaət bundan ibarətdir ki, məhkəmə prosesi qarşıdakı dövrdə ərazilərimizə keçmək istəyən diversant və ya terrorçulara mesajdır (30,8%).

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər