{category-title}

Həkimliyi öyrənmək, əslində insanlığı öyrənməkdir

 

Həkimlik işi çox çətin, məsuliyyətli və bir o qədər də şərəfli olub, hələ qədimdən çox dəyərləndirilən xüsusi hörmətlə yanaşılan və hər zaman ehtiyac duyulan peşələrdəndir. Hər insan həyatında heç olmasa bir dəfə həkimə müraciət edir, çünki gündəlik həyatı həkimlərsiz təsəvvür etmək çətindir.

Hamımız bu dünyaya müəyyən bir müddət yaşamaq üçün gəlirik və köçürük.  Çünki ömürü bizlərə verən Allahdır. Hər birimizin də əsas məqsədi bu fani dünyada xoşbəxt olaraq yaşamaqdır. Ancaq xoşbəxt yaşamaq üçün, ilk növbədə sağlam can olmalıdır. Çünki cansağlığı olmasa xoşbəxtlik də olmaz. Əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin çox böyük rolu var. İlk öncə həkimlərin etik davranış qaydaları vacibdir, həkim xəstə ilə nə qədər qarşılıqlı səmimi münasibətlər yaradarsa müalicə prosesində də bir o qədər uğur əldə edilər. Həkim öz vəzifəsini xəstənin yaşından, cinsindən, irqindən, sosial vəziyyətindən, dini əqidəsindən, siyasi baxışlarından, milliyətindən, vətəndaşlığından, hətta maddi vəziyyətindən asılı olmayaraq yerinə yetirməlidir. Həmçinin həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Buna görə də həkim tibb elminin ən son nailiyyətlərindən isitfadə edərək öz bilik və bacarıqlarını daim təkmilləşdirməlidir. İnsan xəstə olan zaman ona ən yaxın şəxs həkim olur. Buna görə ki, həkim xəstəni müayinə edir, diaqnoz qoyur, xəstəliklə bağlı müşahidələr aparır. Bilirik ki, hər bir insan xəstələnən zaman daha həssas, daha kövrək olur, belə olanda da xəstə qayğıya, hər hansı bir xoş sözə ehtiyac duyur, hətta ona qulluq edən tibb bacısından belə diqqət və mülayim rəftar gözləyir. Buna görə də tibb bacısı mehriban və nəzakətli olmalı, hərəkətlərinə eyni zamanda danışığına fikir verməlidir. Çünki mehriban rəftar və xoş təbəssüm tibb bacısının xəstələrə olan qayğısının simvoludur. Bütün bunlarla yanaşı tibb bacısı həkimin sirrini də saxlamağı bacarmalıdır. Elə bir xəstə ola bilər ki, onun xəstəliyinə əlac olmaz və sonu ölüm olar, buna görə də tibb bacısı onu ümidləndirməli və sağalacağına inandırmalıdır, bu yalan olsa da “müqəddəs yalan” adlandırılır. Bir sözlə həkim və tibb bacısı xəstə ilə elə ünsiyyət qurmalıdırlar ki, xəstə ümidsizliyə qapılmasın, əksinə yaşamaq ümidi artsın. Məhz bu səbəbdən həkim və tibb bacısının xəstə ilə  ünsiyyəti xəstənin sağalmağa inamını artırır. Bəzən elə olur ki, həkim və tibb bacısı xəstənin yanında asta danışırlar, sirli baxışlarla xəstəyə baxırlar, və üz ifadələri ilə də xəstədə öz sağlamlığı barədə hər hansı şübhələr yaradırlar. Təbabətdə belə bir xəstəliklər var ki, bu xəstəliklər yatrogen adlandırılır. Bu xəstəliyin yaranmasına səbəb isə, bəzən həkimlərin düşünmədən xəstələrə dediyi inamsız sözlərdir və belə xəstələri də müalicə etmək həddindən artıq çətin olur. Tibb işçisi öz həyəcanını da biruzə verməməyi bacarmalıdır, hətta xəstənin vəziyyəti ağırlaşsa belə bunu ona bildirməməlidir. Əgər xəstə bunu hiss etsə çox böyük qorxu və həyəcan yaşaya bilər. Elə tibb işçiləri də vardır ki, xəstə ilə məşğul olmaq əvəzinə mobil telefonla oynayır və  uzun-uzadı şəxsi söhbətlə məşğul olur, yaxud sosial şəbəkələrdədir. Belə hallarda xəstədə gərginlik daha da arta bilər bütün bunlara yol verməmək üçün həkimin vicdanı olmalıdır, xəstənin halını anlamalıdır. Həkimin insaflılığı, etibarlılığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması xəstələrin müalicə  və diaqnostikasında kliniki və deontoloji əsaslandırması konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Həmçinin həkimin sənətinə vicdanla yanaşması da çox mühüm məsələlərdəndir. Axı həkimliyi öyrənmək, əslində insanlığı öyrənməkdir. Həm yaxşı, həm də vicdanlı və əsl peşəkar həkim xüsusiyyətlərini özündə birləşdirən şəxslərdən biri də Turan Klinikasının rəhbəri Xalid Əliquliyevdir ki, belə bir vicdanlı və peşəsini sevən klinika rəhbərinin idarəçiliyi ilə fəaliyyət göstərən klinikanın həkim heyəti və kollektivi də bütün xəsətələri üçün əllərindən gələni əsirgəmirlər, hər cür köməkliyi göstərməyə can atırlar. Çünki mən özüm Turan Klinikasının həkimlərinin onlara müraciət edən və oraya şəfa tapmaq üçün gedən pasiyentlərinə göstərdikləri xüsusi diqqət və qayğının canlı şahidi olmuşam. Turan Klinikasında həkimlər xəsətələrə o qədər gözəl xidmət göstərirlər ki, elə xəstələr səmimiyyətdən, həkimlərin onlara söylədiyi xoş söz və mülayim rəftarlarından rahatlıq tapırlar.Yaşamaq həvəsləri daha da artır. Və bir məqamı da diqqətə çatdırmaq istərdim ki,  bütün iş prinsiplərinə riayət edən bacarıqlı tibb işçiləri xəstələr tərəfindən hər zaman çox sevilir. Bir sözlə Turan Klinikasının həkimləri vəzifə borclarını böyük şərəf və ləyaqətlə, ən əsası vicdanla  yerinə yetirirlər. Mən də bizim xəstəyə və onun timsalında digər xəstələrə göstərdikləri xüsusi diqqət və qayğıya görə, başda Turan Klinikasının rəhbəri Xalid Əliquliyev olmaqla, oranın bütün həkim heyəti və kollektivinə öz dərin təşəkkürümü bildirirəm. Və bu gün 17 İyun Tibb İşçilərilərinin Peşə Bayramı münasibətilə bütün tibb işçilərini təbrik edirik. Bütün həkimlərə can sağlığı və bu məsuliyyətli işlərində uğurlar arzulayırıq. Çünki onlar davamlı olaraq yorulmadan hər cür xəstələrə xüsusi, diqqət və qayğı göstərərək şərəfli peşələrini səmimi qəlbdən yerinə yetirirlər.

 

Hər zaman var olun əziz həkimlər!

 

 

                                                                                           

Son xəbərlər

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bütün xəbərlər