{category-title}

İnşaat materialları bazarında YANĞIN... – Bu dəfə qiymətlər YANIR...

 

Azərbaycanda son günlər inşaat materialları kəskin bahalaşıb. Bahalaşma istifadə olunan bütün əsas tikinti materiallarını – qum-çınqıl, şeben, sement, daş, dəmir-armatur, dam örtükləri və taxta məmulatlarını əhatə edir.

Təmir-tikinti şirkətlərindən AYNA-ya bildiriblər ki, tikinti materiallarında bahalaşma son aylar ərzində bir neçə dəfə baş verib. Onların dediyinə görə, ənənəvi olaraq mart ayında tikinti mövsümü başladığına görə materialların bahalaşması gözlənilirdi: “Lakin həmin bahalaşmadan sonra qiymət artımının növbəti - daha ciddi dalğası gəlib. Son bir il ərzində inşaat materiallarında, necə deyirlər, devalvasiya baş verib. Sement, armatur, taxta, dam örtüklərinin qiyməti artıb, materiallar böyük məbləğdə bahalaşıb”.

Bazar iştirakçıları söyləyiblər ki, əsas bahalaşma “inşaatın ürəyi” sayılan mişar daşında hiss olunur: “Tikinti zamanı istifadə edilən Qarabağ daş karxanalarında hasil edilən “Qaradağ” və “Çənlibel” daşlarının qiymətlərində ciddi artım var. Son vaxtlara qədər belə daşların biri 40 qəpikdən satılırdı. İndi isə qiyməti 65-70 qəpiyə yüksəlib. Bu qiymətə də onları tapmaq çətinləşib. Digər, daha keyfiyyətsiz daşların qiyməti isə 48-50 qəpiyə qalxıb. Nisbətən ucuz olanlar isə keyfiyyətsizdir, ovulub gedir”.

Ekspertlər bahalaşmanın səbəbi olaraq işğaldan azad edilən ərazilərdə tikinti işlərinin sürətlənməsini və qarşıdakı aylarda daha da artacağını, Rusiyadan idxal olunan məhsulların maya dəyərinin artmasını, payız aylarında yenidən pandemiyanın elan olunacağı ehtimalı üzərindən paytaxt sakinlərinin həyət evlərinə üstünlük verməsini və digər amilləri əsas göstərirlər.

İnşaat materiallarının kəskin qiymət artımı fonunda mənzillərin qiyməti ciddi artmasa da, payız aylarında bunun da baş verəcəyi istisna olunmur. Səbəb kimi bu iki bazarın bir-birinə bağlı olması, eyni zamanda ipoteka kreditləri ilə mənzillərin satışa çıxarılması göstərilir. Buna qədər İpoteka və Kredit Zəmanət Fondu ildə iki dəfə ipoteka kreditlərini təqdim edirdisə, artıq bu müddət dörd dəfəyə qaldırılıb. Son aylar isə mənzil bazarında cüzi qiymət artımları müşahidə olunur.

“VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktor müavini, əmlak eksperti İradə Şükürovanın AYNA-ya dediyinə görə, inşaat materiallarının qiymət artımı gözlənilən idi: “Hətta qarşıdakı aylarda qiymətlərin yenidən artacağı ehtimalı var. Bunu doğuran səbəblər müxtəlifdir. Birinci səbəb Qarabağın işğaldan azad edilməsi və dövlətin əsas diqqətini işğaldan azad edilmiş ərazilərin bərpasına yönəltməsi ilə bağlıdır. Rəsmi səviyyədə elan edilib ki, Qarabağda böyük yenidənqurma işləri aparılacaq. Artıq bu işlərə start verilib və qarşıdakı dövrlərdə daha da sürətləndiriləcək”.

“Ölkənin tikinti sektoru işğaldan azad edilən torpaqlarımızda aparılacaq inşaat işlərinə fokuslanıb. Bu, həm də tikintidə çalışan işçilərin xidmət haqlarına təsir edib. Bu gün tikintidə işləmək üçün əmək qüvvəsi tapmaq da çətinləşib. Digər səbəb ipoteka kreditlərinin verilməsi ilə bağlıdır. Xüsusən yaşlı nəslin nümayəndələri ipoteka kreditləri fonunda mənzillərini rahat satıb, torpaq alır və həyət evləri inşa etdirirlər. Bütün bunlar qiymət artımını şərtləndirən əsas amillərdir”, - deyə həmsöhbətimiz bildirib.

Şükürovanın sözlərinə görə, tikinti materiallarının bahalaşması əmlak bazarına da təsirsiz ötüşməyəcək: “Artıq cüzi də olsa, artım var. Xüsusən bina evlərində aşağı və orta sahəyə malik evlər, torpaq bazarı, həyət evləri artım zonasındadır. Pandemiyanın gətirdiyi iqtisadi geriləmələr səbəbindən müəyyən gecikmələr olsa da, sentyabr ayından etibarən əmlak bazarında da artım gözlənilir. Mənzillərin 10-15 faiz civarında bahalaşacağı ehtimalı var. Bu isə kifayət qədər ciddi rəqəmdir. Misal üçün, 100 min manata bazara təklif olunan mənzil 110 min manata təklif oluna bilər. Torpaq bazarında isə daha ciddi artımlar olacaq. Baş verənlər kirayə bazarından da yan ötməyəcək. Bu bazarda da qiymətlərin ciddi şəkildə artacağı ehtimal olunur”.

Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı da AYNA-ya şərhində təsdiqləyib ki, tikinti bazarında hər həftə qiymət dəyişikliyi müşahidə olunur: “Qiymət artımlarının bir neçə səbəbi var. Əsas səbəblərdən biri son dövrlər istehlak xidmətlərinin sürətli artımıdır. Bu, heç şübhəsiz inşaat materialları bazarında da təsirsiz ötüşmür. Dizel yanacağının qiymətindəki artımlar daha çox təsir göstərir. Eyni zamanda mişar daşı, taxta və dəmir məmulatlarının bahalaşması müşahidə olunur. Mövsümlə əlaqədar baş verən təbii artımlar, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri məhsullara tələbatı xeyli artırıb. Həmin regionlara böyük həcmdə tikinti materialları daşınır və əksəriyyəti yerli bazardan alınır”.

“Bu səbəbdən bazarda hər həftə qiymət artımı baş verir. Taxta məmulatlarının bahalaşması isə emal olunduğu ölkələrdə mövsümlə bağlı artıma görədir. Bu il isə taxta bazarında qiymət artımı daha çox oldu. Hesab edirəm ki, qiymət artımları qısa müddətli dövrü əhatə etmir. Çünki ölkədə tikinti bumu yaşanır və bu tələbatı daha da artıracaq”, - deyə ekspert vurğulayıb.

“Artıq əmlak bazarında da müəyyən artımlar baş verir” deyən Osmanlı əlavə edib ki, əmlak bazarında artımlar davam edəcək: “Bunun əsas səbəbi psixoloji faktorlardır. Yəqin ki, proses artan temlə davam edəcək. Payız aylarında isə qiymətlər daha da artacaq”.

Son xəbərlər

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

Bütün xəbərlər