{category-title}

 

Lavrov Qarabağla bağlı son açıqlamasında nə demək istəyib? - MÖVQE

 

Bu gün Qarabağda hər hansı status müzakirə mövzusu ola bilməz. Cənab Prezident İlham Əliyev də bu məsələ ilə bağlı dəfələrlə qətiyyətli mövqeyini ortaya qoyub”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun mövqeyini şərh edərkən deyib.

Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında deyib ki, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur.

“Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”, - deyə S.Lavrov əlavə edib.

Millət vəkili C.Məmmədov xatırladıb ki, Azərbaycan Vətən müharibəsində qələbəsini təmin etdikdən sonra status məsələsi də arxivə qovuşub.

“Azərbaycan dəfələrlə statusun yolverilməzliyini və mümkünsüzlüyünü vurğulayıb. Rusiyanın xarici işlər nazirinin də mövqeyində bu məsələ öz əksini tapıb. İndi əsas prioritet bölgədə sülhün və təhlükəsizliyin təmininə, kommunikasiya layihələrinin icrasına yönəlib. Ən vacib məsələlərdən biri isə Zəngəzur dəhlizinin açılmasıdır”, - deyə C.Məmmədov söyləyib.

Deputat qeyd edib ki, bölgə dövlətləri regionda sülhün təmin olunmasında maraqlıdırlar.

Parlamentarinin fikrincə, regionda sülh və təhlükəsizlik üçün bölgə xalqlarının birgəyaşayışı təmin edilməlidir:

“Bu gün bütün tərəflərin məqsədi odur ki, bölgədəki xalqlar bir yerdə yaşasın və gələcəyə birgə baxa bilsin. Lavrovun açıqlaması da onu göstərir ki, region dövlətləri üçün də prioritet məsələ sülhdür. Bu gün hansısa statusun müzakirəsi aktual deyil və gələcəkdə də bu məsələ önəm daşımayacaq”, - deyə C.Məmmədov fikrini yekunlaşdırıb.

Son xəbərlər

"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir

Samuxda bir nəfər kanalda batıb

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Nikah və boşanmaların sayı azalıb

Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Bütün xəbərlər