{category-title}

 

Azərbaycan QHT-ləri dünya birliyindən ədalət tələb edirlər

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının Kəlbəcərə ezam olunmuş KİV nümayəndələrinin və digər mülki şəxslərin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olması və yaralanması ilə bağlı hadisəyə mövqeyini bildirmək məqsədi ilə təcili iclası keçirilib.

İclasda çıxış edən Müşahidə Şurasının üzvləri hadisə zamanı həlak olan şəxslərin yaxınlarına başsağlığı verib, yaralananlara Allahdan şəfa diləyiblər. Eyni zamanda çıxış edən şəxslər hadisəni törətmiş Ermənistanın bu hərəkətini kəskin qınayıb, iclasın yekunu olaraq, Müşahidə Şurası adından müvafiq bəyanat qəbul edilib.

Bəyanatı təqdim edirik:

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının bəyanatı Bakı şəhəri 04 iyun 2021-ci il iyunun 4-ü, saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilən Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, xüsusilə 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq minaladığı ərazilərimizin xəritəsini verməməklə vətəndaşlarımıza qarşı hərbi cinayət əməllərini davam etdirir. Baş vermiş hadisə təkcə mülki şəxslərə qarşı hərbi cinayət deyil, o cümlədən, peşə fəaliyyətini həyata keçirən media nümayəndələrinə edilən açıq terror aktıdır.

2020-ci ilin 10 noyabr tarxində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq işğal altında olan Kəlbəcərin boşaldılması tarixinin Ermənistan rəhbərliyinin xahişilə humanistlik göstərilərək əlavə 10 gün müddətinə uzadılmasından sui-istifadə edən qarşı tərəf rayonu boşaldarkən kütləvi halda əraziləri minalamaqla ağır cinayət törədiblər. Bu səbəbdən, təəssüf ki, indiyədək, yəni müharibə başa çatdıqdan sonra azad edilən ərazilərdə 130-a yaxın şəxs mina partlaması nəticəsində həlak olub və yaralanıb.

Bunların arasında çoxlu sayda mülki şəxs, o cümlədən peşə fəalyyətini yerinə yetirən media nümayəndələri də vardır.

Biz, Müşahidə Şurasının üzvləri Beynəlxalq Təşkilatlara, media təsisatlarına, jurnalistlərin hüquqlarını müdafiə edən qurumlara müraciət edir, onları Ermənistanın bu hərbi cinayətini qəti şəkildə pisləməyə, minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim edilməsini Ermənistandan tələb etməyə çağırırıq”.

 

Son xəbərlər

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub - YENİLƏNİB

Bütün xəbərlər