{category-title}

 

Ovçular ət və ət məhsulları məhsulların halallığına tam zəmanət verir - ÖZƏL

 

İnsan çalışdığı sahənin mahiyyətini dərindən anladıqda və məsləkinə sadiq qaldıqda harada işləməsindən asılı olmayaraq əldə etdiyi nəticələr uğur ünvanlı olur. “Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərovun həyat yoluna nəzər saldıqda fikrimizdə nə qədər doğru olduğumuzu bir daha anladıq. İstənilən bir məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmaq lazımdır. İradə elə bir keyfiyyətdir ki, o istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə xırda maraqlar, mənasız istəklər üzərində qələbədir. məhz öz iradəsi sayəsində öz yolunu tapdı, iradəsi sayəsində öz işlərini hər zaman tərifəlayiq gördü. Adətən rəhbər vəzifələrdə işləyənlərlə bağlı "Yaxşı adam" ifadəsi çox az işlədilir. Bəs niyə ona yaxşı adam deyirlər? Harada, hansı vəzifədə işləyibsə onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı? Əlbəttə olardı. Ancaq xalq seçim edəndə yanılmır. Səməd Cəfərov heç bir təqdimatsız, heç bir mübaliğəsiz və nəhayət heç bir tapşırıqsız özü üçün əməllərinə, şəxsiyyətinə, qabiliyyətinə yaraşan bir ad qazanıb və bu adı zaman-zaman qoruyub saxlayır. Xalqın rəğbətini qazanmaq, təmiz adı qoruyub saxlamaq o qədər də asan deyil.

 Azərbaycanda qida sektorunda özünə məxsus yeri olan “Ovçular ət və ət məhsulları” şirkəti istehsal etdiyi məhsulları ilə qısa zamanda böyük nüfuza malik olub. Xəzər rayonunda yerləşən istehsalat zavodu ilə yaxından tanış olmaq üçün “”Ovçular ət və ət məhsulları” ” Məhdud Məsuliyyətli Cəmiyyətində olduq.

“Ovçular ət və ət məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti 1992-ci ildən fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təhciz edilmiş laboratoriyalar, istehsal sexləri anbar və daşınma sistemləri “Ovçular ət və ət məhsulları” ailəsində bu gün müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssis çalışır. İslam qaydaları əsasında hazırlanan, ekoloji təmiz, yüksək keyfiyyətlə “Ovçular ət və ət məhsulları”  ət məhsulları beynəlxalq standartlara uyğun şəkildə olan faydalı maddələr və minerallarla zəngin olan məhsulları təqdim edir. “Ovçular ət və ət məhsulları” ticarət nişanı “AZS” – Keyfiyyət, İdarəetmə Standartının sertifikatına layiq görülüb. İslamın bütün qaydalarına uyğun, halallıq prinsipləri ilə hazırlanan “Ovçular ət və ət məhsulları” ticarət nişanlı məhsulların keyfiyyətinə Qafqaz Müsəlmanları İdarəsi təminat verir. Şirkətinin istehsal etdiyi halal qidalar İslam fiqhinə əsasən, qida maddəsi və ya onun qatqı maddələri, müsəlmanlara halal olmayan heyvanların və ya İslam qaydalarına görə kəsilməmiş heyvanların hər hansı birləşmə və məhsulunu əhatə etmir. Belə ki, zavodda istehsal olunan bütün məhsullar İslam dinin qayda-qanunlarına uyğun olaraq həyata keçirilir. İstənilən şəxs gəlib zavodda istehsal olunan məhsullarla daha da yaxından tanış ola bilər.

“Ovçular ət və ət məhsulları” MMC-nin rəhbəri olan Səməd Cəfərov 1992-ci ildən hallalıq işığına könül verərək yol gələn müəssisəyə rəhbərlik edir. Müəssisənin rəhbəri hallalığa önəm verən bir insandır. Ona görə də burada komanda şəklində fəaliyyət göstərən şirkət kollektivini halallıq, peşəkarlıq, əməksevərlik kimi amillər birləşdirir.

 Azərbaycanda qida təhlükəsizliyi hər zaman aktualdır. İstehlakçılar hansı qida firmalarının məhsullarına etibar edib-etməməkdə tərəddüdlə qərar verirlər.

Xüsusən də kolbasa-sosiska sektorunda qeyri-müəyyənlik var və istehlakçılar hansı şirkətin məhsullarına güvənəcəklərinə əmin ola bilmirlər.

Ancaq bu sahədə araşdırmalarımız, ayrı-ayrı kolbasa şirkətləri haqda yazılarımız bir sıra məqamlara aydınlıq gətirib.

Onlardan biri də “Ovçular ət və ət məhsulları” MMC müəssisəsinin istehsal etdiyi kolbasaların keyfiyyəti barədə məlumatlardır.

Adıçəkilən istehsalat müəssisəsi Avropanın qabaqcıl Almaniya, Polşa kimi ölkələrinin müasir avadanlıqlarından istifadə edir.

Firma ildən-ilə istehsalatda keyfiyyəti yüksəldir və bunun nəticəsidir ki, nüfuzlu “Uğur” mükafatına layiq görülüb.

Ötən il isə “Ovçular ət və ət məhsulları” MMC-nin istehsal sahələrində yenidənqurma işləri aparılıb.

Bu da müxtəlif çeşidli “Ovçular” kolbasalarının keyfiyyətində böyük yeniliklərə, dəyişikliklərə səbəb olub.

Bakının bir neçə marketində apardığımız sorğu zamanı da həm alıcılar, həm satıcılar “Ovçular”ın servalatlarına üstünlük verildiyini söylədilər.

Satıcıların sözlərinə görə, kolbasa vitrinində “Ovçular”a aid sosiska və kolbasalar qalmır, çünki alıcılıq qabiliyyəti yüksəkdir.

Ona görə də hər ayın sonunda mağazalar şirkətə məhsullarını sifariş verirlər ki, vitrində boşluq yaranmasın.

Bir neçə gün əvvəl isə saytımızda kolbasa firmaları haqda yazılarımızın birində “Ovçular” MMC barədə müxtəlif iddialar yer almışdı.

Əsasən internet resursları və bir neçə saytda əvvəllər yayılmış xəbərlər əsasında hazırlanmış məqalədə şirkətin məhsullarının keyfiyyətinin aşağı olduğu, kolbasada istifadə edilən ət məhsullarının yararsız olduğu bildirilmişdi.

Amma bu iddiaların kökündən yanlış, dəqiqləşdirilməmiş, ətraflı araşdırılmamış yayımlandığı məlum olub.

Şirkətin istehsal etdiyi məhsullar arasında halal, hisə verilmiş, pəhriz üçün nəzərdə tutulmuş müxtəlif çeşidli kolbasaların keyfiyyətinə təminat verilir.

Ona görə də saytımızda gedən həmin məqalədə “Ovçular” MMC barədə əsaslandırılmamış, səhv və həqiqətdən uzaq iddialar qeyd olunub.

1992-ci ildən fəaliyyətə başlayan, kolbasa emalı sahəsində ixtisaslaşmış, yüksək ixtisaslı mütəxəssislərə yiyələnən “Ovçular” MMC müasir şirkətə çevrilib.

Bildirək ki, müəssisə halal qida sertifikatlarına malikdir. Hazırda şirkət bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş məhsullarının keyfiyyətinə təminat verərək alıcıların önünə çıxır.

Ekoloji cəhətdən təhlükəsiz məhsullar istehsal edən “Ovçular” MMC keyfiyyəti diqqət mərkəzində saxlayır və 2021-ci ildə keyfiyyəti daha da yüksəldib.

Belə desək, “Ovçular ət və ət məhsulları” keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır.

[/b]]

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər