{category-title}
Gündəm / Cəmiyyət
31.05.2021, 10:41
DSX Ermənistanla sərhəddəki vəziyyətlə bağlı MƏLUMAT YAYDI
Dövlət Sərhəd Xidməti sosial şəbəkələrdə Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun iki üzvünün saxlanılması barədə yayılan iddialara münasibət bildirib.
DSX-dan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.