{category-title}

 

Dünya şöhrətli rəssam Tahir Salahovun həyat yolu

 


Dünya şöhrətli dahi rəssam Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.

Tahir Salahov, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsilini sona çatdırdıqdan sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub.

1955-ci ildə “Dalğa” və “Estakada” adlı ilk əsərlərini çəkib, ümumittifaq, xarici və respublika sərgilərində iştirak edib. O, 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirib. Diplom işi olan “Vaxtada” əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş ümumittifaq sərgisində iştirak edib. Həmin ildə Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilib. Gənclərin və tələbələrin VI Ümumdünya festivalı çərçivəsində Moskvada keçirilən gənc rəssamların beynəlxalq sərgisində iştirak edib. 1958-ci ildə “Səhər eşelonu” əsərini, 1959-cu ildə isə “Rezervuar parkı”, “Neftçi” əsərlərini çəkib. O, həmin ildə sosialist ölkələrinin təsviri sənət əsərlərinin Moskvada keçirilən Beynəlxalq sərgisində iştirak edib.

1960-cı ildə “Təmirçilər” və “Qara Qarayevin portreti” əsərlərini çəkib. 1960-1961-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini yerinə yetirib. 1960-cı ildə “Xəzər üzərində” əsərini çəkib.

1963-cü ildə Tahir Salahov Sülhü Müdafiə Sovet Komitəsinin və SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvü seçilib. O, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1963-cü ildə Parisdə Beynəlxalq gənc rəssamların əsərlərindən ibarət sərgidə iştirak edib. 1963-1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. O, 1963-cü ildən 1974-cü ilə qədər M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda vəzifəsində çalışıb. 1966-cı ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 1966-1970-ci illərdə 7-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub. 1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr olunmuş Ümumittifaq bədii sərgisində “Abşeron qadınları”, “Bəstəkar Fikrət Əmirovun portreti” və “Aydan” işləri ilə iştirak edib. 1968-ci ildə SSRİ rəssamlar İttifaqının idarə heyətinin katibi seçilmişdir.

Atasını erkən yaşlarda itirdikdən sonra anası Sona xanım T.Salahov və digər dörd övladını tək böyüdüb. Həmin ərəfədə T.Salahovun böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün 9, kiçik bacısı Zərifənin 5 yaşı, körpə Leyla isə cəmi 2 aylıq olub.

Dahi rəssam 1970-1974-cü illərdə 8-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub. 1971-ci ildə SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş ümumittifaq rəssamlıq səgisində iştirak edib. 1972-ci ildə Azərbaycan SSR Rəssamlar İttifaqı idarə heyətinin sədri seçilib. Həmin ildə “SSRİ — bizim vətənimizdir” Ümumittifaq sərgisinin iştirakçısı olub.

1973-cü ildə SSRİ Rəssamlarının IV qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi seçilib. Professor elmi adı təsdiq edilib. 1973-cü ildən 1992-ci ilə qədər SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi olub.

1974-cü ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda Dəzgah Boyakarlığı Yaradıcılıq Emalatxanasına rəhbərlik edib. 1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 1976-cı ildə Təsviri İncəsənət Beynəlxalq Assosiasiyasının icraiyyə komitəsinin üzvü seçilib. 1977-ci ildə SSRİ rəssamlarının V qurultayında SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi seçilib. O, həmin ildə Oktyabr inqilabının 60 illiyinə həsr olunmuş “Leninizm yolu ilə” Ümumittifaq sərgisində iştirak edib. 1978-ci ildə Helsinkidə keçirilən “Realist” Beynəlxalq sərgisində iştirak edib. Həmin il onun Moskvada əsərlərinin fərdi sərgisi təşkil olunub. 1979-cu ildə Tahir Salahovun Yaponiyanın Tokio və Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunub. O, 1979-cu ildən 1997-ci ilə qədər SSRİ Rəssamlıq Akademiyasının Rusiya Rəssamlıq Akademiyası rəyasət heyətinin üzvü olub.

1980-ci ildə Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunub. O, həmin ildə SSRİ-nin yaradılmasının 60 illiyinə həsr edilmiş “SSRİ — bizim vətənimizdir” Ümumittifaq sərgisinin iştirakçısı olub. 1983-cü ildə SSRİ Rəssamlarının VI qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi, Avstriya Rəssamlar İttifaqının fəxri üzvü və UNESCO-nun nəzdində Millətlərarası plastik incəsənət Assosiasiyasının vitse-prezidenti və fəxri prezidenti seçilib.

1984-cü ildə Ümumittifaq “Yer və insanlar” sərgisində iştirak edib və “Dananın portreti” əsərini çəkib. Tahir Salahov 1984-cü ildən 1992-ci ilə qədər V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun Rəssamlıq və kompozisiya kafedrasının müdiri işləyib. 1986-cı ildə “Xəzərdə səhər” əsərini çəkib. 1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilib.

1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilib. 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır. 1996-ci ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədr müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərib. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. O, 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilib.

2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilib. 2012-ci ildə Ulyanovskda keçirilən A.A.Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın - “Beynəlxalq Adlar” nominasiyasının laureatı adına layiq görülüb. 2012-ci ildə Bakının İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb. Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıbdır.

Tahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülüb və 2018-ci ildə Bakıda keçirilən “Ənənələrin izi ilə” adlı sərgidə nümayiş olunub. Bu işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanıb.

Son xəbərlər

Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH

Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir

Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb

Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır"

“Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”

Yenidən öz postlarına namizəd olacaqlar

Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu

Generalın oğluna yeni vəzifə verildi

COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik əlaqələrinin müzakirəsi - Fotolar

Doğum, uşaqlara qulluq və dəfn müavinətləri artırıla bilər

COP29 çərçivəsində Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi elan edilib

Şəkidə yol qəzası olub, ölən var

Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar

Antonio Quterreş Azərbaycana gəldi

Acundan onunla bağlı aparılan araşdırmaya - Reaksiya

“Vətəndaş A” serialına görə İTV-yə - Rəsmi xəbərdarlıq

Emin Əmrullayev: Məktəbəqədər təhsilin əhatəliyini artırmaq üçün alternativ modellər üzərində işləyirik

Pezeşkian Roma Papasına çağırış etdi

Azərbaycanda Elm və Təhsil fondlarının birləşdirilməsi təklif olunub

Putin Trampla Ukraynada atəşkəsi müzakirə etməyə HAZIRDI

Mədəniyyət işçilərinin maaşı artırılacaq? - Nazir açıqladı

Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

Transfer qiyməti ilə bağlı sənədləri və məlumatları vaxtında təqdim etməyənlər 6 min manat cərimələnəcək

Bütün xəbərlər