{category-title}

 

İlham Əliyevin iştirakı ilə müzakirələr keçiriləcək - YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri bu gün saat 17:00-da keçiriləcək.

Unikal.org xəbər verir ki, videokonfransı aşağıdakı linklərdən canlı izləyə bilərsiniz:

https://www.youtube.com/user/presidentaz

https://www.facebook.com/PresidentIlhamAliyev

***

11:55

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçiriləcək.

Unikal.org xəbər verir ki, müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, habelə yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlar iştirak edəcəklər.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-də şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Azərbaycan Respublikasının Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən bu beynəlxalq qeyri-hökumət təşkilatı ətrafında 50-dən çox xarici ölkənin sabiq dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini və nüfuzlu beynəlxalq alimləri birləşdirir. Əsas idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyəti 18 nəfərdən ibarət sabiq liderlərdir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 3 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvləri var.

Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq Prezidenti (1999–2007) Vayra Vike-Freyberqa, Dünya Bankının sabiq vitse-prezidenti (1992–2000) dr. İsmayıl Seragəldindir.

Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bu günədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib. Forumların hər bir ümumilikdə 4000-dən çox xarici qonaq iştirak edib.

Mərkəz hazırda Çin Xalq Xarici İşlər İnstitutu (ÇXR), Amerika Xarici Siyasət üzrə Milli Komitə (ABŞ), Robert F. Kennedy İnsan Hüquqları (ABŞ), İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti (İtaliya), Dünya Sənət və Elm Akademiyası (WAAS), Lancet Komissiyası, UNAİDS, UNAOC kimi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir

Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil edilən Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif önəmli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülhün və ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə vermək, eləcə də tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsidir. Eyni zamanda, Mərkəz dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin öyrənilməsi və dünyada təbliği məsələlərinə də böyük diqqət ayırır. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq bu istiqamətdə də bir sıra fəaliyyətlər həyata keçirməyi nəzərdə tutub

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər