{category-title}

 

Laçının işğal ləkəsini Zəfərimizlə təmizlədik!

 


Bu il mayın 18-ni Laçının işğalı günü kimi anmayacağıq, çünki Laçın artıq azaddır.

Bununla belə, Azərbaycanın daha bir qalası olan, mühüm strateji əhəmiyyətə malik Laçının işğalı ölkə tarixində qara səhifə kimi yaddaşlara həkk olunub.

Qara ləkə istəsək də, istəməsək də bizim tariximizdir və 18 may tarixi ilə bağlı xeyli paradokslar mövcuddur.

1992-ci ilin mayın 18-də Laçının Ermənistan tərəfindən işğalı faktına görə ən çox ittiham olunan açar fiqurlar barədə prokurorsayağı mühakimələr müəllifi olmaq istəməzdik.

Həmin obrazların dilindən çıxan cümlələr qarşılıqlı ittihamlar xarakterindədir və məsuliyyət payını boynundan atmaq üçün satqın axtarmaq ovuna hesablanıb.

Bunlar barədə söz açacağıq, görəcəyik ki, bəzi bəyanat və açıqlamaların arxasından güclənən siyasi ehtiraslar və hakimiyyətə can atma sevdası boylanır.

Rəhim Qazıyevin hakimiyyət sevdası

Məsələn, videokadrların birində o dövrün Müdafiə naziri Rəhim Qazıyev Laçının işğalını Azərbaycan tarixinin ən ləyaqətsiz dövrü kimi xarakterizə edir, ardınca isə deyir ki, o hakimiyyəti ələ alsa, vəziyyət normallaşacaq.

Bu, yaranmış vəziyyətdən sui-istifadə etmək və Azərbaycan xalqının həssas duyğularını istismar etmək cəhdindən başqa bir şey deyildi.

Təbii ki, Laçının işğalına aparan yolların izinə düşərkən Ermənistanın o dövrdə hərbi və psixoloji üstünlüyü ələ almasını da qeyd etmək lazımdır.

Birincisi, Xocalı soyqırımının törədilməsi Azərbaycana ağır mənəvi-psixoloji zərbə vurmuşdu və bu zərbə ordunu da tutmuşdu.

Məhz Xocalı genosidinin ardından işğalın miqyası və tempi sürətləndi, həmin ilin mayın 8-də alınmaz qala hesab olunan Şuşa, on gün sonra isə Laçın düşmən tapdağına düşür.

İkincisi, Laçının işğalı ərəfəsində Azərbaycanda faktiki və hüquqi olaraq dövlət başçısı yox idi, bu isə vəziyyəti qəlizləşdirir, siyasi ambisiyaları qızışdırır, nəticədə isə diqqət cəbhədən çox mərkəzə yönəlirdi.

1992-ci ilin martında Müdafiə naziri təyin olunan Rəhim Qazıyevin bir sıra səhvlərinə göz yumuldu və o, yenə də vəzifəsində qaldı. O, ordu rəhbəri kimi Laçının işğalını da izlədi və təəssüflər olsun ki, həmişə məsuliyyəti boynundan atmağa cəhdlər göstərir.

Silahlar Mütəllibova yönəlir

Ayaz Mütəllibovun Xocalı faciəsindən sonra yenidən hakimiyyətin ən ali kürsüsünə addımlamaq təşəbbüsü elə yerindəcə boğulur, Azərbaycan Xalq Cəbhəsi onu devirmək üçün bütün resurslarını işə salır.

O dövrün mənzərəsində bizim nəslin nümayəndələri hər şeydən xəbərsiz, oyuncaqlarımızla oynayan (əgər var idisə) uşaqlar idik. Ona görə də, hadisələrin iştirakçısı və şahidi kimi danışmaqdan çox, yazılanlar, deyilənlər əsasında fikir yürütmək kimi bir hüququmuz var.

AXC-nin silahlı dəstələri cəbhəni tərk edərək Mütəllibovun devrilməsinin həmmüəllifləri kimi tarixdə iz qoymaq istəyirdilər, belə bir vəziyyətdə isə cəbhədəki nisbəti Azərbaycanın xeyrinə dəyişdirmək üçün təşəbbüslər arxa plana keçirdi.

Maraqlıdır ki, Laçının işğalından 18 gün əvvəl Laçının müdafiəsini təşkil edən Laçın batalyonu da ləğv edilmişdi – özü də müdafiə naziri Rəhim Qazıyevin əmri ilə.

Bundan sonra Şuşanın, Laçının müdafiəsində əsas fiqur Elbrus Orucov olur, lakin az müddət keçmiş Şuşa süqut edir.

Qazıyevin ləğv əmri, Laçını qaranlığa bürüdü

Laçın alayının komandiri olmuş Arif Paşa müsahibələrinin birində Müdafiə Nazirliyinin baş qərargah rəisi Şahin Musayevin əleyhinə ittihamlar səsləndirir. Deyir ki, o, Rəhim Qazıyevlə normal müzakirələr aparmasına şərait yaratmayıb, bu azmış kimi hələ onu təhqir də edib.

Laçın batalyonun qərargah rəisi vəzifəsində işləmiş Rafiq Nağıyev isə müsahibəsində Laçına göndərilən silahların yararsız olduğunu, dağıdıcı gücə malik olmadığını vurğulayır, bildirir ki, ümumiyyətlə bu sursatın göndərilməsi sadəcə "pripiskaydı”.

“Qeydiyyat aparırdılar ki, filan yerə filan qədər silah-sursat göndərdik. Sonra döyüş başlığı olmayan Qrad mərmiləri göndərmişdilər. Hansı ki, başlıqsız mərmilər heç bir dağıdıcı gücə malik deyillər”, - deyə R.Nağıyev bildirir.

Laçın alayının buraxılmasından sonra sonra vahid komandanlıq yox idi. Ləğv edilmiş alayın əsgərlərin kimə tabe olacaqları və ümumiyyətlə onların nə edəcəkləri barədə heç bir sərəncam verilmədiyi fikirləri səslənir.

Halbuki Rəhim Qazıyevin əmrində həmin alayın 704 saylı alaya tabe etdirilməsi göstərilib. 704 saylı alayın komandiri isə Elbrus Orucov idi. Böyük səhvlər müəllifi Rəhim Qazıyevin qərarının arxasında gizlənən motivləri təfsilatı ilə araşdırıb bir neçə səhifəyə sığışdırmaq üçün aylar, bəlkə də illər lazımdır.

Bilinən odur ki, Rəhim Qazıyevin kartları cənab Orucovun xeyrinə oynamasından sonra Şuşa kimi Laçın da işğal edildi.

Belə ki, Laçının işğalından öncə qoşunların həmin rayondan çıxarılması da xeyli suallar yaradır. Bütün bunlar xəyanət idimi yoxsa qeyri-peşəkar yanaşmanın nəticəsi? Düzü dəqiq fikir söyləmək çətindir.

Bunlar Laçının işğal səhifələrinin ümumi mənzərəsinə dair qısa təqdimatdır.

Bu gün isə müzəffər Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib. Ermənistan kapitulyasiyaya imza atıb, 2020-ci ilin dekabrın 1-də Laçının 28 illik işğalına son qoyuldu, Azərbaycan ordusu döyüşsüz Laçına daxil oldu.

Vətən müharibəsi Birinci Qarabağ Müharibəsində taktiki səhvlərə yol vermiş və ya xəyanət yolunu tutmuş şəxslərə də bir dərsdir, indi onların ittihamedici düşüncələrlə gündəmə gəlmələri üçün mənəvi haqları belə yoxdur.

Bu gün Laçının, eləcə də digər rayonların işğalında məsuliyyət daşıyanların Azərbaycan hakimiyyətini ordu məsələlərində ittiham etməsi qədər absurd bir şey yoxdur.

Absurd cümlələrin müəllifləri yaxşı olar ki, səhifələri geri çevirsinlər və öz əməllərinə yenidən baxsınlar.


Son xəbərlər

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Bütün xəbərlər