{category-title}
Gündəm / Cəmiyyət
17.05.2021, 10:32
M8 avtobusunda gediş haqqı azaldıldı
M8 ekspress xətti (Maştağa qəsəbəsi-“Gənclik” m/st) adi rejimə keçirilib.
Bu haqda Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli tvitterdə məlumat yayıb. O qeyd edib ki, bu addım vətəndaşların rahatlığı nəzərə alınaraq atılıb.
V. Kərimli bildirib ki, daimi sərnişinlərə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib.