{category-title}

 

 

Müəyyən yumşalmalara gedə bilərik - Professor AÇIQLADI

 


18 yaşdan yuxarı əhalinin koronavirus əleyhinə vaksinasiyası ilə bağlı qərardan sonra məktəblilərin də peyvənd olunması məsələsi gündəmə gəlib. TƏBİB-in nümayəndəsi Fərrux Sədirov bildirib ki, məktəblərdə bütün sinif şagirdləri və işçilər peyvənd olunmalıdır. Onun fikrincə, müəllimlərə peyvənd vurulub, şagirdlərə vurulmaması riskdir: "İki tərəfdən birinin peyvənd olunmaması eyni riski daşıyır. Yəni sinifdə bir nəfərin belə peyvənd olunmaması digərləri üçün təhlükəlidir. Bu səbəbdən bütün siniflər və məktəbdəki digər şəxslər də peyvənd olunmalıdır".

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə açıqlamasında bildirib ki, hazırda pandemiya ilə bağlı təcili tədbirlər həyata keçirilir. Amma gələcəkdə koronavirus digər viruslar kimi insanlarla birgə yaşayıb qalarsa, bu zaman planlı peyvənd tətbiq oluna bilər. Onun sözlərinə görə, belə halda bu peyvənd uşaq yaşlarından başlanıla bilər. Amma N.Quliyev bildirir ki, uşaqlarda hazırda peyvəndin tətbiqinə təcili göstəriş yoxdur:

"Bununla belə uşaqlarda bu xəstəlik çox nadir hallarda fəsad törətdiyinə, həmçinin uşaqlarda bu peyvəndin yoxlanılması aparılmadığına görə, ayrıca tədqiqat aparılmalıdır. Yalnız uşaq orqanizminin bu peyvəndi necə mənimsəməsi, cavab reaksiyası yoxlanıldıqdan sonra onu tətbiq etmək olar. Yoxsa ki, "gözüyumulu" bütün yaşlarda uşaqlarda peyvəndləmə aparmaq doğru olmaz.

Uşaq orqanizminin yetkinlik yaşına çatanadək çoxlu anatomik fizioloji xüsusiyyətləri var ki, onlar nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, böyüklə uşaq ancaq kəmiyyətə görə fərqlənmir.

Onlar arasında keyfiyyət fərqləri də var. Uşaqlarda peyvəndlə bağlı yoxlama mərhələlərlə aparılmamış, onun tətbiqi mümkün deyil". Baş pediatr deyir ki, hər bir vaksin tətbiq olunmazdan öncə uşaqlarda, yeni doğulmuşlarda, hamilələrdə onun təsirləri yoxlanılmalıdır: "Yalnız bundan sonra həmin peyvəndi tətbiq etmək olar. Bu isə gələcəyin işidir". N.Quliyev söyləyir ki, kim peyvənd olunmursa, onun virusa yoluxma riski var.

Mövzuya münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında vurğulayıb ki, epidemioloji vəziyyətin pisləşməsi ilk növbədə təmasların artmasına bağlıdır. Həkim qeyd edib ki, sevindirici haldır ki, bu günləri kifayət qədər insanda immunitet formalaşıb:

"Artıq immunitet həm vaksin olunanlar, həm də yoluxanlar arasında var. Sizi tam əmin edirəm ki, koronavirusun döymədiyi qapı qalmayıb. Məsələn, çox dərindən araşdıranda demək olar ki, əksər adamlarda bu və ya digər dərəcədə xəstəliyin əlamətləri olub. Elə adamlar var ki, onlarda interferon səviyyəsi yüksəkdir. Ona görə də onun xəstəliyi o qədər klinik əlamətlərini özündə göstərmir".

A.Qeybulla hesab edir ki, bu situasiyada əgər növbəti dalğa olmazsa proses sönməyə doğru gedəcək:

"Yəni Hindistan ştammı və digər mutangen ştamlar ortaya çıxıb əlavə problemlər yaratmazsa, hesab edirəm ki, proses sönməyə doğru gedəcək. Ona görə də yavaş-yavaş dünyanın təcrübəsini nəzərə alaraq biz müəyyən yumşalmalara gedə bilərik. Amma ilk növbədə biz qonşu ölkələrin, qardaş Türkiyənin və ən əsası Ümumdünya Səhiyyə Təşkilatının təcrübəsini, məsləhətlərini nəzərə alıb hərəkət etməliyik.

O ki qaldı uşaqların peyvənd olunması məsələsinə əgər bu məsələ dünya üzrə gündəmdə olarsa və tövsiyəsi nəzərdə tutularsa, təbii ki, biz də o zaman ona əməl etməliyik".

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər