{category-title}

İran məsuliyyətsizlik edir: “Cənub qonşumuzun cavabı blefdir” - NƏ ETMƏLİ?

 

Srağagün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə'" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd pozucuları sərhəd naryadının "Dayan" əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunsa da, onların həyatlarını xilas etmək mümkün olmayıb. Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb. Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.

Politoloq Sədrəddin Soltan bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Bu, İranın öz sərhədinə və qonşu dövlətin sərhədinə məsuliyyətsizliyin göstəricisidir. Belə hallar dəfələrlə olub, sərhədçilərimiz şəhid edilib. Rəsmi Tehran narkotik alverçilərinin fəaliyyətinin qarşısını almaqda aciz olduğunu deyir. Əslində isə sadəcə özünü belə göstərir. Doğrudan da, dediyi kimidirsə, deməli, hərbçilər öz dövlətlərinin təhlükəsizliyini təmin edə bilmirlər. Bu isə vətəndaşlar üçün təhdiddir. İran atom- nüvə proqramını necə həyata keçirir ki, ölkədə strateji obyektlərə hücum realdır?! Hətta kənardan asanlıqla sərhədə keçib, dövlət başçılarına sui-qəsd də etmək olar. Bu, təxribat yox, məsuliyyətsizlikdir. Və belə məsuliyyətsizlik həm də dövlət sərhədlərinə laqeyd yanaşmaqdır”.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər