{category-title}

Əli Əsədov: “Azərbaycan dünya miqyasında qətiyyətli mövqeyi olan qüdrətli dövlətdir”

 



“Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursda insan amili, əhalinin sosial müdafiəsi prioritet təşkil edir”.

Bu sözləri Baş nazir Əli Əsədov “Azərbaycan” qəzetindəki məqalədə qeyd edib.

“Əhalinin sosial maraqlarının təminatı, xüsusən aztəminatlı insanların sosial müdafiəsi, şəhid və qazilərin, qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, ölkənin iqtisadi potensialının, ilk növbədə, xalqın rifahına yönəldilməsi dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edilib. Milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında inkişafı Ulu Öndərin əsas strateji hədəflərindən biri olub”, - o vurğulayıb.

“Bu gün Azərbaycan dövləti özünün çoxəsrlik tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Azərbaycan Cənubi Qafqazın lideri, bütün dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlətdir.

İndi çox aydın görünür ki, Azərbaycan xalqının ən böyük arzusu və istəyi olan bu müqəddəs qələbə tək 44 günün ərzində qazanılmayıb. Bu qələbə və qələbəyə aparan yollar torpaqlarını itirmiş, hər şeydən ümidi üzülmüş, iqtisadi böhrana düçar olmuş, evindən-eşiyindən didərgin düşmüş bir xalqın ulu öndər Heydər Əliyevə müraciəti və xalqın israrlı tələbi ilə ümummilli liderin hakimiyyətə qayıdışından, Azərbaycan dövlətçiliyini xilasından, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardığı taleyüklü tarixi anlardan başlayıb. Bu qələbə Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtdığı, iri dövlətlər, mötəbər beynəlxalq qurumlar, dünya siyasətində mühüm rol oynayan nüfuzlu dairələr və mərkəzlər ilə səmərəli əməkdaşlıq müstəvisi qurduğu illərdən başlayıb.

Bu qələbə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndiriməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlayıb.

Bütövlükdə bu qələbə Heydər Əliyevin memarı, banisi və müəllifi olduğu Neft Strategiyasından başlayıb və ümummilli liderin Azərbaycana öz siyasi varisi olan İlham Əliyev kimi oğul, Prezident, Sərkərdə bəxş etməsi sayəsində mümkün olub”, - baş nazir əlavə edib.

Son xəbərlər

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq

Fərid Əhmədov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur

İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Bütün xəbərlər