{category-title}

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye arasında görüş keçirilib.

Bu barədə Mərkəzdən məlumat verilib.

V. Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, Azərbaycanda strateji idarəetmənin tətbiqi və İİTKM tərəfindən icra olunan monitorinq və qiymətləndirmə fəaliyyəti, eləcə də Mərkəzin layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə səfirə ətraflı məlumat verib.

O bildirib ki, aparılan bu islahatlar nəticəsində Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında yüksək nəticə göstərən islahatçı ölkə mövqeyini qoruyub saxlaya bilir.

Pakistan səfiri Bilal Haye isə iki qardaş ölkə arasında strateji əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi, hər iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib və iqtisadi əlaqələrin, xüsusilə ticarət əlaqələrin genişlənməsinin vacibliyini və əhəmiyyətini vurğulayıb. Hər iki ölkə arasında ticarət və investisiya sahəsindən əməkdaşlığın daha da genişləndirilməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib. Həmçinin bu istiqamətdə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və Pakistanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması məsələləri müzakirə olunub.

Qonağa “Doing Business 2020” islahatları və Mərkəzin 5 illik yubileyinə dair aid icmallar təqdim olunub.

Son xəbərlər

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Bütün xəbərlər