{category-title}

 

 

Tibb işçilərinə ödəniləcək əlavələrlə bağlı yeni qaydalar hazırlandı

 


TƏBİB-in tabeliyində olan tibb müəssisələrində həm tibb, həm də qeyri-tibb işçilərinin əməyinin qiymətləndirilməsi, həvəsləndirici tədbir olaraq mövcud əmək bazarı şərtlərinə uyğunlaşdırılması məqsədilə yeni qaydalar hazırlanıb.

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.

O bildirib ki, bu qaydalar 2020-ci ilin yanvar ayından tətbiq edilir:

“2020-ci ildə ilk olaraq Azərbaycanın şimal rayonlarında tibb müəssisələri İcbari Tibbi Sığorta Sisteminə keçiblər və bu qaydalar ötən ildən həmin tibb müəssisələrində tətbiq edilir. Növbəti mərhələ olaraq bu ilin yanvar ayından cənub və qərb rayonlarında, apreldən isə Bakı və Abşeron yarımadasında bu əməkhaqqı qaydaları tibb müəssisələrinin tibb və qeyri-tibb işçiləri üçün tətbiq edilir”.

Y.Mahmudzadə tibb işçilərinin əmək haqlarının hesablama qaydaları ilə bağlı da məlumat verib:

“Bu, vəzifə maaşı və müxtəlif əlavələrdən asılıdır. Bu əlavələr fasiləsiz əmək stajına, gecə növbəsində görülən işə, təhlükəli və ağır, xüsusi təhlükəli və ağır iş şəraitinə, ixtisas dərəcəsinə görə təyin olunur və bununla bağlı həvəsləndirici əlavələrimiz var. Bu əlavələr isə həm sabit,  həm də əməyin nəticələrindən asılı olur və bonus adlandırılır.

Sabit əlavələr müəyyən vəzifələrə bağlıdır. Bəzi həkim ixtisasları var ki, ay ərzində göstərdikləri xidmətin nəticələrindən asılı olaraq həmin əlavələr hesablanır və onların əsas əməkhaqlarına əlavə olaraq ödənilir. Həmin həvəsləndirici əlavələr əmək haqqından qat-qat çox olur”.

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər