{category-title}

 

 

 

“Bandotdel”in əməliyyatından ANBAAN VİDEO + FOTO

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dövriyyədən 64 kiloqram narkotik vasitə çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Belə ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Mirzəyev və Nadir Babayev saxlanılıblar. Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə - 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Müşfiq Mirzəyev şəxsiyyəti istintaqa hələlik məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, şəxsi avtomobili ilə narkotik vasitələri Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində gizlədilən yerdən götürüb tanışı Nadir Babayevin bağ evinə gətirib. Müşfiq Mirzəyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də, digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli idi.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

<embed src='https://player.baku.tv/embed/36376' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen><embed>

“Bandotdel”in əməliyyatından ANBAAN VİDEO + FOTO
“Bandotdel”in əməliyyatından ANBAAN VİDEO + FOTO
“Bandotdel”in əməliyyatından ANBAAN VİDEO + FOTO
“Bandotdel”in əməliyyatından ANBAAN VİDEO + FOTO

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər