{category-title}

Direktorların “maaş kartı” oyunu: - “Məktəblərdə maliyyə pozuntuları...”

 

Yevlaxda məktəb direktoruna cinayət işi açılıb. Rayonun Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmiş Bəkirov Babək Nizam oğlunun 2014-2020-ci illər ərzində dövlət büdcə vəsaitlərini mənimsəməsi faktı aşkarlanıb.
Yevlax rayon prokurorluğundan bildirilib:
“Aparılmış araşdırmalarla Babək Bəkirovun işdən azad edilmiş şəxsin adını vəzifəsini icra etmədiyi halda 5 il müddətində məktəbin əmək haqqı ödəniş cədvəllərinə daxil etməklə bank kartına köçürülmüş əməkhaqqı və digər ödənişləri nağdlaşdıraraq götürüb mənimsəməsinə əsaslı şübhələr yaranıb.
Eyni zamanda ayrı-ayrı müəllimlərin adlarına əlavə dərs saatları yazaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlıqların uçotunu və mühafizəsini təmin etməməklə hüquqi şəxs olan Yevlax rayon Təhsil şöbəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə, 10 min manat məbləğində mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Hadisə barədə “Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təəssüf ki, son vaxtlar müsabiqə və müsahibə yolu ilə işə qəbul edilmiş bəzi direktorların qanunsuz əməllərinin sayı və vurduqları zərərlər çoxdur:

“Buna göz yuman bir sıra rayon təhsil şöbələri və maliyyə idarələrini görə bilirik. Məhz bunun nəticəsidir ki, insanların təhsilə inamı azalıb. Vahid ştat cədvəlinə görə təhsil işçilərini orta ümumtəhsil məktəblərinə işə götürən və ya işdən azad edən hər bir şəxs avtomatik olaraq elektron portalda qeyd olunur. Amma bölgələrdə bu qanun pozuntusu 2 formatda həyata keçirilir: Birincisi, məktəb direktorları ailə üzvləri və dost-tanışlarının adını sistemə təmizlikçi, texniki işçi və.s vəzifəyə yazırlar. Lakin həmin şəxslər işə gəlmir, onların maaş kartı direktorda olur.

İkincisi, direktorlar bir çox hallarda əlavə dərs və uşaq sayı yazmaqla süni şəkildə dərs yükünü və uşaq sayını artırıb dərs otaqlarını çoxaldırlar. Bu da dövlətdə maliyyə pozuntusuna səbəb olur.

Vaxtilə təklif etmişdim ki, orta ümumtəhsil məktəblərində müəllimlərin dərs saatından tutmuş digər məsələlər elektronlaşmalıdır. Yəni, heç bir müəllim birbaşa dərs saatı almamalı, işçilər kənar müdaxilə olmadan işə qəbul edilməlidir. Fikrimcə, bu qaydanın Azərbaycan təhsil sistemində tətbiq edilməməsi direktorların sui-istifadəsinə gətirib çıxarır”.

K.Əsədov qeyd edib ki, məktəb direktorları kiminsə işdən azad olunmasına dair ərizə alırlar, amma həmin şəxslər işdən azad edilmir:

“Çünki kənd yeridir, o şəxslər haradasa təsərrüfat yerində çalışırlar və məktəbdə hansısa vəzifə daşımadıqları yadlarından çıxır. Direktorların bu tipli qanun pozuntularını mütəmadi olaraq müşahidə edə bilirik. Hesab edirəm ki, təhsil sistemində davamlı yoxlamaların həyata keçirilməməsi, bir çox hallarda təhsilin yuxarı qurumunda neqativ hallar göz yumulması ciddi pozuntulara səbəb olur. Nəticədə Azərbaycanda vətəndaşların təhsilə inamı “ölür”.

Ölkəmizdə təkcə Təhsil Nazirliyinə 5300 qurum tabedir. Onların hər birinə ciddi şəkildə maliyyə yoxlaması həyata keçirmək lazımdır. Çünki bir çox məktəblərdə maliyyə pozuntuları var”.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər