{category-title}

TƏBİB-ə daha bir neçə səlahiyyətin verilməsi TƏKLİF OLUNUR

 

 

Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən boyun qaçırması ilə bağlı faktlara nəzarətin TƏBİB-ə verilməsi təklif edilir.

Bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi təklif edilib.

Belə ki, təklifdə zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxsin tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilməsi qeyd olunub.

Bununla yanaşı təkliflər arasında zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxsin müayinədən boyun qaçırması ilə bağlı məsələyə nəzarətin də dəyişdirilməsi də yer alıb.

Təklif edilir ki, zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırmasına görə - 80 manatdan 120 manatadək məbləğdə cərimə tətbiqinin icrası da TƏBİB-ə verilsin.

Qeyd edək ki, təklif edilən cəzalar bu zamana qədər mövcud olub, lakin bunun icra səlahiyyətləri Səhiyyə Nazirliyində olub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanan layihədə təklif edilən dəyişikliklər Milli Məclisin Səhiyyə komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər