{category-title}

“Fitch Ratings”in 9 illik manat proqnozu nə qədər realdır - GƏLİŞMƏ

 “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanda milli valyutanın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb. Qurumun ekspertləri hesab edirlər ki, yaxın dörd il ərzində manatın dollar qarşısında məzənnəsi tədricən azalacaq. Bu il manatın dollara olan orta məzənnəsi bir dollar üçün 1,7 manat olacaq, amma proqnoz müəlliflərinin əminliyinə görə, gələn il bu göstərici 1,75 manata, 2023-cü ildə 1,83 manata, 2024-cü ildə 1,93 manata, 2025-ci ildə 1,98 manata çatacaq.

Agentlik ekspertləri eyni zamanda manatın dollara olan orta məzənnəsini 2026-2030-cu illərdə bir dollar üçün 2 manat səviyyəsində gözləyirlər. Onların fikrincə, proqnozlar qlobal tendensiyaların Azərbaycana və ölkənin xərclərinə təsirini nəzərə alır. Agentlik əmindir ki, möhkəm tənzimlənən məzənnə nəzərə alınaraq, yenə də manatın ehtiyat valyutaya qarşı kotirovkaları, hökumətin və Azərbaycan Mərkəzi Bankının (AMB) qərarından asılı olacaq.

Beynəlxalq Agentliyin bu proqnozu nə qədər realdır? Ortamüddətli dövrdə manatın məzənnəsinə hansı amillərin təsiri həlledici olacaq?

İqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a dediyinə görə, istər “Fitch Ratings”, istərsə də digər beynəlxalq agentliklər adətən mövcud vəziyyət əsasında proqnozlaşdırma aparırlar: “Lakin məsələn, 2020-ci ildə heç kim güman etmirdi ki, koronavirus pandemiyası meydana çıxacaq, neftin qiyməti minimuma düşəcək. Bu baxımdan, yaxın bir neçə il ərzində də neftin qiymətini kəskin ucuzlaşdıracaq hansısa hadisələrin baş verəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil. Buna görə də həm ”Fitch", həm Beynəlxalq Valyuta Fondu, həm Dünya Bankı, həm də digər qurumlar hətta 1 illik proqnozlarına belə il ərzində bir neçə dəfə yenidən baxır, ona dəyişikliklər edirlər. Konkret manatın məzənnəsi ilə bağlı “Fitch”in indiki proqnozuna gəlincə, mən onu tam real hesab etmirəm. Çünki burada Azərbaycan hökumətindən asılı olan və olmayan məsələlər var. Hökumətdən asılı olmayan, əslində manatın məzənnəsinə ən böyük təsir edən amil neftin dünya bazar qiymətidir. Hazırda bu qiymət manat üçün təhlükə yaratmır. Ola bilər ki, indiki qiymət intervalı uzun müddət davam etsin və manat-dollar nisbəti 1,7-dən yuxarı qalxmasın. Ola da bilər ki, neft bazarına kəskin mənfi təsir göstərən amillər meydana çıxsın, vəziyyət dəyişsin, hökumət 2015-ci ildəki kimi devalvasiyaya getməyə məcbur olsun".

Ekspert bildirir ki, son illərdə alternativ enerjiyə investisiya qoyuluşlarının kəskin artımı prosesi gedir və mümkündür ki, bu proses neftə olan tələbatı gözlənildiyindən daha qısa müddətdə kəskin azaltsın: “Bu baxımdan, neftin qiymətinin Azərbaycanda devalvasiyaya gedilməsinə gətirəcək qədər azalmasının baş verməsi də mümkündür - söhbət 2026-cı ilədək olan müddətdən gedir. Mən beş il ərzində manatın məzənnəsinin indiki səviyyədə qalmasını real hesab etmirəm. Manatın məzənnəsi ilə bağlı hökumətdən asılı olan amillər də daha çox xarici təsirlərdən asılıdır. Hökumət anlayır ki, neftin ömrü uzun deyil, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Bunun üçünsə manatın məzənnəsində ucuzlaşmaya gedilməlidir, çünki indiki şərtlər daxilində buna nail olmaq mümkün deyil. Buna görə də hökumətin özünün xarici amillər olmadan belə manatın məzənnəsində dəyişikliyə getməsi mümkündür. Yəni demək istəyirəm ki, milli valyutanın məzənnəsi ilə bağlı ən yaxşı halda 6 ay- 1 illik proqnozlaşdırma aparmaq mümkündür, ondan artıq müddət üçün proqnozların özünü doğrultma ehtimalı çox aşağıdır”.

İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, müxtəlif beynəlxalq agentlik və maliyyə qurumlarının müxtəlif ölkələrdə iqtisadi göstəricilərlə bağlı proqnozları absurd xarakter daşıyır: “Çünki əvvəla, həmin ölkələrdə həyata keçirilən islahatların nəticəliliyini hesablamaq həmin təşkilatlar üçün asan məsələ deyil, real olmayan işdir. Digər tərəfdən, ”Fitch"in indi Azərbaycanla bağlı yaydığı proqnozda deyilir ki, ekspertlər qlobal tendensiyaların Azərbaycana təsirlərini nəzərə alıblar. Halbuki qlobal tendensiyalar kifayət qədər tez dəyişəndir, onların özünü proqnozlaşdırmaq çox çətindir. Bu baxımdan, onların Azərbaycanda manat-dollar münasibətlərindəki dəyişiklikləri necə hesablaya bilərlər? Düşünürəm ki, bu proqnoz sırf indiki şərtlər əsasında aparılmış proqnozlaşdırmadır və nisbi xarakter daşıyır. Və düzü, onları əsaslı da hesab etmirəm. Bu gün Azərbaycanda iqtisadiyyatın barometri rolunu valyuta bazarı oynayır. 2015-ci ildə neftin qiyməti kəskin düşəndə hökumət manatın məzənnəsini saxlaya bilməyib devalvasiyaya getdi və ölkə iqtisadiyyatı az qala iflic vəziyyətinə düşdü, digər makroiqtisadi göstəricilərin də əldən verilməsi təhlükəsi yarandı. Halbuki ondan əvvəl uzun müddət ərzində makroiqtisadi sabitlik hökm sürürdü, manatın dollara nisbətdə məzənnəsi sabit və baha idi. Belə bir şəraitdə valyuta bazarında yaranan təlatümlərin sabitliyi pozması onu göstərdi ki, əslində mövcud makroiqtisadi sabitlik heç də dayanıqlı əsaslara malik deyilmiş, manatın məzənnəsinin inzibati qaydada saxlanması heç də düzgün siyasət deyilmiş. O zaman Mərkəzi Bank elan elədi ki, valyuta tənzimlənməsində inzibati metod ləğv edilir, üzən məzənnəyə keçilir, bir müddət hətta xeyli dərəcədə buna gedildi də. Lakin manatın əlavə olaraq 15-16 faiz ucuzlaşmasından sonra hökumət bu siyasətdən yenidən inzibati tənzimləməyə qayıtdı".

Ekspert qeyd edir ki, 2020-ci ildə neftin aşağı qiyməti bir neçə ay da davam etsəydi, hökumət yenidən devalvasiyaya getməyə məcbur qalacaqdı: “Bu baxımdan, hansısa beynəlxalq təşkilat Azərbaycan valyutasının məzənnəsi ilə bağlı proqnoz hazırlayarkən xarici amillərin təsirini mütləq nəzərə almalıdır. Bu xarici amillərdən manata ən böyük təsir edən neftin dünya bazar qiymətidir. Və bu qiyməti hətta yaxın 2-3 aylıq dövr üçün proqnozlaşdırma demək olar ki, mümkünsüzdür. Bu halda, ”Fitch" Azərbaycan manatı ilə bağlı proqnoz vermək üçün ilk növbədə neft bazarının 5 illik, yaxud 9 illik proqnozlaşdırmasını həyata keçirməlidir ki, bu da mümkün deyil. Hesab edirəm ki, hökumətin növbəti beş il üçün ən mühüm vəzifəsi iqtisadiyyatın, manatın məzənnəsinin neft qiymətlərindən asılılığını aradan qaldırmaq olmalıdır. Bu asılılıq olmasa, manatın məzənnəsi 1 dollar üçün 2 manata bərabər olsa belə, iqtisadiyyatda ciddi fəsadlara səbəb olmayacaq, makroiqtisadi sabitlik də dayanıqlı xarakter alacaq. İqtisadiyyatın öz-özünü tənzimləməsi baş verəcək, real üzən məzənnə rejimi formalaşacaq. Valyuta bazarında xarici valyuta satanların - yəni oyunçuların sayı artacaq. Hazırda bazarda faktiki olaraq yeganə oyunçu var - Dövlət Neft Fondu. Heç bir başqa özəl qurum yoxdur. Buna görə də Mərkəzi Bank məcbur olur ki, manatın məzənnəsini inzibati qaydada tənzimləsin. Bu isə proseslərin ölkəyə əsas valyuta axınını təmin edən neftin dünya bazar qiymətindən böyül ölçüdə asılı olmasına gətirib çıxarır. “Fitch”in proqnozu göstərir ki, bu qurum indiki onilliyin sonunadək də Azərbaycanda qeyri-neft sektorunun yüksək inkişafını gözləmir".

Son xəbərlər

"WSJ": Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazının blokadasından imtina etməsinə çalışır

Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib

Rubio Vaşinqtonda İsrail–Livan danışıqlarına qatılacaq

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Rusiya Odessa limanına zərbə endirib, Panama bayrağı altında üzən gəmi zədələnib

Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub

Bahar Muradova: Qadın sahibkarlığının təşviqi strateji iqtisadi inkişaf prioritetidir

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq

Livanın cənubunda daha bir İsrail hərbçisi həlak olub

Xalq artisti Maqsud Məmmədov vəfat edib

Anar Əliyev BP-nin regional prezidenti ilə yeni birgə layihələri müzakirə edib

Netanyahu: İsrail İran limanlarının blokadası təşəbbüsünü dəstəkləyir

Bu gündən rezidenturaya ərizə qəbulu başlayıb

Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib

"Axios": Vasitəçi ölkələr ABŞ və İran arasında razılaşma üçün aprelin 21-dək həll yolu axtarır

İranın Qızıl Aypara Cəmiyyəti: Tehranda dağıntılar altından 960 nəfər çıxarılıb

Fidan: Hörmüz boğazından maneəsiz keçid təmin olunmalıdır

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sabah ödəniləcək

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Balakən və Şəkidə yağıntılar intensivləşib - FAKTİKİ HAVA

KİV: Tramp İranın bombalanmasının bərpası mümkünlüyünü nəzərdən keçirir

II cəhd üzrə magistratura qeydiyyatı BİTİR

Günün qoroskopu: diqqətli olun və fürsəti qaçırmayın

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bütün xəbərlər