{category-title}

 

 

Neft bazarında qıtlıq gözləntisi: - Yanlış proqnoz, yoxsa bazara işləyən xəbər?

 



"OPEC+"ın (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Texniki Komitəsi 2021-ci ildə dünyada neft təklifinin defisiti (qıtlığı) üzrə proqnozunu açıqlayıb.

Komitə gündəlik qlobal neft təklifinin defisitinin 0,8 milyon barel olacağını proqnozlaşdırır.

Maraqlıdır, cari ildə bunu müşahidə etmək mümkün olacaqmı? Əgər neft təklifi 800 min barell azalacaqsa, qiymətlərin artımı müşahidə olunacaqmı?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya açıqlamasında deyib ki, "OPEC+"ın Texniki Komitəsinin proqnozunda yanlışlıq var: “Bu gün OPEK və OPEK+ dğvlətlərin Nazirlər Komitəsinin son toplantısıdır və may ayının hasilat siyasəti ilə bağlı mühüm qərar verilməlidir. Hesab edirəm ki, ilin əvvəlindən müəyyən edilmiş hasilat tavanını davam etdirmək lazımdır. Çünki dəyişən bazar xərcləri və zəif iqtisadi perspektivlər neftə olan tələbatda yüksək dinamikanın mövcud olmayacağını göstərir. Ona görə də OPEK-in bir müddət əvvəlki proqnozlarında da dəyişikliklər formalaşıb. Əvvəlki proqnozlara əsasən, 2020-ci illə müqayisədə 2021-ci ildə neftə olan tələbat 5.9 faiz artımla müşahidə olunacaq. İni isə artımın 5.6 milyon barel civarında olacağını müəyyən etdilər. OPEK-in Texniki Komitəsi də bununla əlaqədar Birləşmiş Monitorinq Komitəsinə bazarın təhlili və qısamüddətli perspetivlərlə bağlı neft bazarını gözləyən risklərlə bağlı xüsusi bir hesabat da təqdim edib. Ona görə də bu il neft bazarlarında ən azı iyul ayınadək hər hansı qıtlıqdan söhbət gedə bilməz.

"OPEC+"ın Texniki Komitəsinin bu proqnozu doğru deyil. Çünki biz son aylarda həm Venesuelanın, həm də İranın neft ticarəti dövriyyəsinin artdığını müşahidə edirik. Digər bir tərəfdən, Avropada neftə olan tələbat kifayət qədər aşağı düşüb. Almaniyada, Fransada, Böyük Britaniyada pandemiyanın təsirləri ilə bağlı karantin tədbirlərinin sərtləşdirilməsi gözlənilir ki, belə olan təqdirdə neftə olan tələbat azalacaq”.

Ekspert hesab edir ki, 2021-ci ilin birinci yarısında neft təklifində azalmalar real görünmür:

“Avropada neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi 72 faiz təşkil edir. ABŞ-ın özündə də neftə ciddi tələbat müşahidə olunmur. Orada da hazırda emal güclərinin gündəlik xammalla yüklənməsi 82-83 fazi təşkil edir. Anoloji fikri Asiya bazarlarına da aid etmək olar. Ona görə də ilin əvvəlindən müəyyən edilmiş hasilat tavanında hər hansı bir yumşalmalara yol vermək olmaz. Yəni hasilat tavanında ölkələr üçün müəyyənləşdirilmiş illik kvotanın artımına imkan verilməməlidir. Bu, kövrək, riskli bazarları təsir altına alacaq. Hesab edirəm ki, OPEK və müttəfiq dövlətləri qarşıdakı aylarda dəyişən bazar şərtlərini nəzərə almalı, maliyyə bazarlarının neftin qiymətini təyinetmə qabiliyyətini yaxşlaşdırmalıdır. Yəni hazırkı vəziyyətdə neft qiymətləri gələcək qiymətlərdən daha cəlbedici olmalıdır. OPEK və müttəfiq dövlətlərin qarşıdakı hədəfləri bu olmalıdır.

Bu da alqoritmləri və maliyyə axınlarını neftin mövcud qiymətlərini dəstəkləməyə kömək edəcək. Bazarın dekvordasiya vəziyyətində qalması ehtiyatda olan neft həcmlərinin azalması ilə nəticələnəcək. Yəni stasionar anbarlarda neft həcmləri azalacaq. OPEK və müttəfiq dövlətlərinin hədəflərindən də biri budur. Stasionar anbarlarda olan neft həcmləri normadan artıqdır. Bu isə neft emalı zavodlarının gəlirlə işləməsinə mənfi təsir göstərir. O baxımdan hesab edirəm ki, hasilat tavanını olduğu kimi saxlamaq lazımdır. Bu vəziyyət ən azından iyul ayının sonunadək davam etməlidir. Sonrakı dövrdə isə OPEK dünya səhiyyəsinin durumuna əsasən hasilat siyasətinə yenidən baxacaq. OPEK və müttəfiq dövlətlərin növbəti hədəfi mövcud texniki bazar dinamikasını COVİD-19-un tələb və meyillərinə uyğunlaşdırmalıdır. Başqa yolu yoxdur”.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər