{category-title}

 

 

Nəzarət altına keçən AZAL biletləri ucuzlaşdıracaqmı? - AÇIQLAMA

 


Azərbaycan Prezidentinin sərəncamları ilə nəqliyyat sektorunda fəaliyyət göstərən iri dövlət müəssisələri - “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətlərində və eləcə də “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətdə müşahidə şuraları yaradıldı.

Sərəncamla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, iri dövlət müəssisələrin idarə edilməsində yeni mərhələ başlayır:

"Qeyd edək ki, əsas dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləndən sonra həmin qurumlarda müşahidə şuralarının formalaşdırılması həyata keçirilir. Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcəklər.

Əsas məqsədi həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılması olan müşahidə şuralarının yaradılması iqtisadi islahatların bir elementi kimi xarakterizə olunmalıdır. Beynəlxalq məsləhətçi şirkət cəlb etməklə həmin müəssisələrin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin 6 ay müddətində diaqnostikasını aparılacaq və növbəti 2 ayda onların yeni nizamnamə və strukturun layihəsi hazırlanacaq. Göründüyü kimi, iri dövlət müəssisələrinin idarəedilməsində yeni mərhələ başlayır. Sözügedən müəssisələr nəqliyyat sektorunda aparıcı qurumlardır. Bu baxımdan onların fəaliyyətinin daha səmərəli təşkil edilməsi həmin sektorun inkişafının dayanıqlığı baxımdan vacibdir".

V.Bayramov qeyd edib ki, “Azərbaycan Hava Yolları” (AZAL) fəaliyyəti ilə bağlı ən vacib gözləntilərdən biri də təyyarə biletlərinin qiymətinin azaldılmasına nail olunmasıdır:

"Təyyarə biletlərinin qiymətinin yüksək olması ölkəyə gələn turistlərin sayına birbaşa təsir edir. Təbii ki, pandemiya dönəmində əcnəbi turistlərin sayı obyektiv səbəblərdən azalıb. Amma post-pandemiya dövründə daha çox istiqamətlərdə büdcə ucuşlarının sayının artırılması, eyni zamanda bilet qiymətlərinin aşağı salınması prioritet məsələlərdən olmalıdır. Turizmin inkişafı keyfiyyətli və aşağı qiymətli ucuşların sayından da birbaşa asılıdır. Bütövlükdə, yeni dövr islahatlarda əsas strateji priortet məhz dövlət mülkiyyətində olan müəssisələrdə korporativ idarəetmənin formalaşması və inkişafı olacaq".

Son xəbərlər

Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər

Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər

Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər

Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb

TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub

Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib

Rusiyanın Kiyev və Dneprə endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 70-dən çox yaralı var

SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"

Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq

Şamil Ayrım: Gələcəyin enerji vizyonu Azərbaycanda formalaşır

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

Bütün xəbərlər