{category-title}

 

Ceyhun Bayramovdan Əfqanıstanla bağlı BƏYANAT

 

 

“Biz Əfqanıstanın sabitləşməsini, dinc yolla yenidən qurulmasını və inkişafını ikitərəfli səylər və çoxtərəfli platformalarda fəal iştirak yolu ilə dəstəkləməyə sadiq qalırıq”.

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Tacikistanda “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin 9-cu Nazirlər Konfransında belə bəyanatla çıxış edib.

O bildirib ki, Azərbaycan Əfqanıstanın daxili sülh danışıqlarını yaxından izləyir.

“Ümid edirik ki, bu prosesin nəticəsində ölkədə Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında davamlı sülh və təhlükəsizlik bərqərar olacaq”, - deyə C.Bayramov əlavə edib.

XİN rəhbəri bildirib ki, Azərbaycan İstanbul Prosesinə Əfqanıstanda sülh, barışıq, təhlükəsizlik və iqtisadi inkişafa nail olmaq üçün dəyərli bir mexanizm kimi baxır.

“Azərbaycan mövcud problemlərin öhdəsindən gəlmək səylərində Əfqanıstanın ilk və ən fəal dəstəkçilərindən biridir. 2012-ci ildə bu Prosesə qoşulduqdan bəri biz bu çoxtərəfli platformada fəal iştirak edirik. Azərbaycan iki Etimad Quruculuğu Tədbirində, yəni Regional İnfrastrukturlar və Narkotiklərə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirlərində müvafiq olaraq Türkmənistan və Rusiya Federasiyası ilə birlikdə aparıcı ölkə qismində çıxış edərək İstanbul Prosesini daha da irəli aparmağa sadiq qalır”.

Etimad Quruculuğu Tədbirləri nəticələrə yönəlik və ehtiyaclara əsaslanan əməkdaşlığı təşviq etmək üçün dəyərli bir mexanizmdir. Bu baxımdan, konkret layihələr vasitəsilə Etimad Quruculuğu Tədbirlərinin praktiki olaraq həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

C.Bayramovun sözlərinə görə, Əfqanıstanın rifahı, tərəqqisi, iqtisadi inkişaf və regional əməkdaşlıq bir-biri ilə əlaqəlidir və bölgədəki ümumi təhlükəsizlik mühitindən asılıdır.

“Əfqanıstanın yenidən qurulmasına və iqtisadi inkişafına diqqət yetirərkən, bu günə qədər əldə olunan irəliləyişi qorumaq üçün bu ölkənin üzləşdiyi təhlükəsizlik problemlərini həll etməyə davam etməyimiz vacibdir.

Bu səbəbdən terrorizm, zorakı ekstremizm və separatizmin bütün formaları və təzahürləri ilə yaratdığı təhlükəsizlik təhdidlərinə qarşı birgə səylərin davam etdirilməsi və bu xüsusda regional əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir.

Azərbaycan təhsil və təlim, infrastrukturun inkişafı, investisiya və maliyyə yardımı sahələrində praktiki töhfələri artıraraq, Əfqanıstanı özünə güvənmə yolunda dəstəkləməyə sadiq qalır. Azərbaycan təcrübəsini ikitərəfli kanallar vasitəsilə də Əfqanıstanla bölüşür və yaxşı idarəetmə, ictimai xidmətlərinin göstərilməsi (ASAN), hərbi, hüquq-mühafizə və minalara qarşı mübarizə sahələrində təlim yardımları göstərir”.

O bildirib ki, “ASAN Xidmət” Əfqanıstanla fəal əməkdaşlıq edir.

Bu əməkdaşlıq, vətəndaşlara dövlət və özəl xidmətlər göstərən “bir pəncərə” mərkəzlərini quraraq Əfqanıstanın dövlət xidmətlərinin yaxşılaşdırılmasına yönəlib.

“Azərbaycan, eyni zamanda Əfqanıstanla regional iqtisadiyyata inteqrasiyanı asanlaşdırmaq və regional əlaqələri genişləndirərək qonşuları ilə və digər ölkələrlə ticarəti canlandırmaq istiqamətində əməkdaşlıq edir.

Azərbaycanın təşəbbüsü ilə davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan və İranın dəmir yolu şəbəkələrini birləşdirən Xəzər dənizinin sahilindəki logistika mərkəzi kimi əsas strateji magistral komponentlər, Şərq-Qərb və Şimal-Cənub oxları boyunca çox modullu imkanlara malik trans-regional infrastrukturun inkişafında keyfiyyətcə yeni bir nailiyyətdir. Bu layihələr Əfqanıstanın dünya bazarına çıxışını asanlaşdıracaq və regionda yük və konteynerləri daha qısa, daha sürətli, daha səmərəli və qənaətli şəkildə idarə edə biləcək əlaqələndirməni təmin edəcəkdir.

Əfqanıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında “Lapis-Lazuli” marşrutu üzrə saziş Əfqanıstanı birbaşa Avropa ilə birləşdirəcək böyük beynəlxalq ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya üzərindən ticarəti genişləndirmək üçün infrastrukturun yaxşılaşdırılması və yaradılması yolu ilə əlaqələndirmə səylərində mühüm bir mərhələdir. Bu sazişin bir hissəsi olaraq, Azərbaycan Əfqanıstana tranzit və nəqliyyatla bağlı çoxsaylı seçimlər təqdim edərək öz töhfəsini verməkdən məmnundur.

Əfqanıstanın regional ticarət, tranzit və nəqliyyat üçün mühüm bir mərkəz kimi rolunu nəzərə alaraq, Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA) bu coğrafi məkanın faydalarının bölüşdürülməsində və Əfqanıstanda davamlı inkişafın dəstəklənməsində rolu çox vacibdir”.

 

Son xəbərlər

"Sədərək" ticarət mərkəzində yanğın olub

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR

Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı

Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək

Palata ən çox rast gəlinən pozuntuları açıqladı - SİYAHI

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Son bir ayda sürücülərin sükan arxasında yuxulaması nəticəsində 21 avtoqəza qeydə alınıb

Azərbaycan İordaniya ilə şəhərsalma sahəsində tərəfdaşlığı müzakirə edib

Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Həsən Məmmədovun oğlu VƏFAT ETDİ

Çempionlar Liqası: II təsnifat mərhələsində 5 oyun keçiriləcək

Ərdoğan: Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq

MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb

Bütün xəbərlər