{category-title}

 

Bu gündən Türkiyəyə səfər edənlər “sağlamlıq kodu” təqdim etməlidir

 

Türkiyə hökumətinin “sağlamlıq kodu”nu (HES code) almaq üçün respublikaya girən bütün sərnişinlərdən elektron sorğu anketləri doldurması tələbi bu gündən qüvvəyə minib.

Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin nümayəndəsi TASS-a bildirib.

“Bəli, bu gündən etibarən ölkəmizə gələn bütün sərnişinlər girişdən 72 saat əvvəldən çox olmamaq şərti ilə saytdakı formanı doldurmalıdır. Bundan sonra onlara avtomatik olaraq fərdi HES-kod veriləcək”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.

 

Bundan əvvəl qurumdan bildirilmişdi ki, bu kodun köməyi ilə Türkiyə Səhiyyə Nazirliyinin əməkdaşları səfər zamanı COVID-19 xəstələri ilə əlaqə qurduqları müəyyən edilən şəxsləri tapa biləcəklər.

“Uçuş üçün qeydiyyatdan keçərkən sərnişinlər doldurulmuş formanı elektron və ya çap edilmiş formada aviaşirkətin təmsilçisinə təqdim etməlidirlər. Bu forma Türkiyə sərhədində də yoxlanıla bilər. Forma ümumiyyətlə doldurulmadıqda və ya yanlış məlumatlar olarsa, qanuni və inzibati sanksiyalar tətbiq edilə bilər. Həmçinin Türkiyəyə girişiniz də qadağan edilə bilər”, - deyə nazirlikdən bildirilib.

Hazırda HES-kod Türkiyədə daimi yaşayan bütün insanlar tərəfindən istifadə olunur. Sənəd ticarət mərkəzlərini və bir sıra dövlət qurumlarını gəzərkən təqdim edilməlidir. Bundan əlavə, İstanbul rəhbərliyi 15 mart tarixindən etibarən sakinləri kafe, bərbər, hamam, spa, toy salonu, teatr və fitness mərkəzlərinə gedərkən “sağlamlıq kodları” vermələri tələbini irəli sürüb.

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər