{category-title}

 

Ağ Ev Kremli yeni "hərbi bataqlığa" çəkir: Ukraynada savaş başlasa, NATO-Rusiya toqquşması qaçılmaz ola bilər

 

ABŞ və Qərb Rusiyanı MDB məkanında "böyük müharibə avantürası"na bulaşdırmağa çalışır; Bu, baş tutarsa, Rusiyanın uzun müddət həmin "savaş bataqlığı"nda ilişib, qala biləcəyi qətiyyən istisna deyil...

ABŞ və Qərbin Rusiya ilə qarşıdurması növbəti mərhələyə keçmək üzrədir. Bu dəfə Kremlə qarşı təzyiqlərə artıq siyasi amillərlə yanaşı, hərbi faktorlar da paralellik təşkil edir. Və bu qarşıdurma mərhələsi MDB məkanında olduqca ciddi təlatümlərə yol aça bilər.

Məsələ ondadır ki, Bayden administrasiyası Rusiyanı postsovet məkanında sınağa çəkmək niyyətinə düşüb. Böyük qarşıdurmanın əsas ağırlıq mərkəzini məhz MDB məkanı içərisinə yerləşdirməyə cəhd edir. Baş tutarsa, Kreml "minalanmış zona"da hərəkət məcburiyyətində qala bilər.

Yenidən bərpa edilən Ukrayna böhranı Rusiya üçün belə bir arzuolunmaz "zona"nın yaradılması baxımından, ön uyğun variant sayılır. MDB məkanında Rusiyanın vaz keçə bilməyəcəyi cəmisi iki önəmli dövlət mövcuddur. Bunlardan birincisi kimi, heç şübhəsiz ki, Belarus ön plandadır. Rusiya Belarusu özünün qeyri-rəsmi ərazisi hesab edir. Son vaxtlar Lukaşenko hakimiyyəti ilə Kreml arasında müəyyən ziddiyyətlər yaşansa da, Rusiya Belarusu öz orbitində saxlaya bilmək üçün istənilən radikal addımlara hazırdır.

İkinci vazkeçilməz ölkə isə Ukrayna hesab olunur. Ukrayna və Belarusun Rusiya tarixi, eləcə də, milli-mənəvi bağları mövcuddur. Ancaq Belarusdan fərqli olaraq, Ukrayna həmin bağların bəzilərini çoxdan qoparıb. Rəsmi Kiyev hazırda Kremlin diqtə etməyə çalışdığı əməkdaşlıq modelini yaxına belə, buraxmaq istəmir. Əksinə, Ukrayna üzünü birmənalı şəkildə, Qərbə çevirib, Rusiyanın "böyük qardaş" iddiasına qarşılıq olaraq, bərabərhüquqlu və ikitərəfli münasibətlərin qurulmasına üstünlük verir. Və Kreml hələlik belə münasibətlər modelinə hazır deyil.

 

Digər tərəfdən, Kreml Belarus və Ukraynanı Rusiya üçün iki önəmli "strateji qala" hesab edir. Belarusu hələlik çətinliklə qoruya bilsə də, Ukrayna haqqında eyni fikirlər keçərli deyil. Çünki Ukrayna artıq böyük ölçüdə itirilmiş strateji məkandır.

İndi ABŞ və Qərb Rusiyaya qarşı Ukrayna üzərindən müəyyən hərbi-siyasi həmlələr etmək imkanı qazanıb. "Narıncı inqilab" rəsmi Kiyevi Rusiyadan siyasi cəhətdən tamamilə qoparıb. Və bu, Kreml üçün yeri doldurulmayacaq bir itkidir.

Hazırda Rusiyanın Ukraynaya yeganə təzyiq və təsir mexanizmləri bu ölkənin cənub-şərqindəki separatizm bölgələri ilə birbaşa bağlıdır. Halbuki bu mexanizmlərin də uzun müddət effektiv ola biləcəyi qətiyyən inandırıcı görünmür.

Hər halda, ABŞ və Qərb indi Ukraynanın Rusiyadan tamamilə qoparılması istiqamətində həlledici addımlar atmağa başlayıb. Belə ki, Qərb siyasi dairələri rəsmi Kiyevi Ukraynanın cənub-şərqində dondurulmuş separatizm ocaqlarını birdəfəlik söndürməyə təşviq edirlər. Və Ukrayna da buna həvəsli, həm də öz ərazi bütövlüyünü təmin edə biləcəyinə ümidli görünür.

Son məlumatlara görə, Donbass və Luqansk bölgələrində separatizmin sıradan çıxarılmasına ciddi hazırlığın başlayıb. Ukrayna tərəfindən qiyamçı bölgələrin ətrafında 90 minlik hərbi qüvvə cəmləşdirildiyi bildirilir. Bu, rəsmi Kiyevin Ukrayna qoşunlarına hər an hərbi müdaxilə təlimatı verə biləcəyi anlamına gəlir.

 

Əlbəttə ki, Kremldə hadisələrin belə inkişaf istiqamətləri qazanmasından ciddi şəkildə narahatdırlar. Rusiya siyasi dairələri Ukraynanın hər hərbi əməliyyatlara başlaya biləcəyini vurğulayırlar. Və bunun yolverilməz olduğunu qeyd edirlər.

Eyni zamanda, Kremlə yaxın siyasi dairələr Ukraynanın hərbi fəallığını həm də ABŞ və Qərbin Rusiyaya qarşı təzyiqləri gücləndirməsi ilə izah edirlər. Onların fikrincə, Ukraynanın savaş hazırlığı rəsmi Kiyevin sərbəst qəbul etdiyi qərar deyil. Rəsmi Kiyev Ukraynanın cənub-şərqində vəziyyətin gərginləşdirilməsinə Rusiyanın beynəlxalq rəqibləri tərəfindən cəsarətləndirilib.

Əslində, Rusiya siyasi dairələrinin bu iddialarında həqiqət payı da ola bilər. Çünki bir müddət öncə NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı açıq mətnlə təhdid etmişdi. NATO baş katibi "Rusiyaya anladılmalıdır ki, NATO istənilən radikal addımlara hazırdır" deməklə, hər kəsi ciddi şəkildə təəccübləndirmişdi.

Çünki bu açıqlamanın dilə gətirildiyi vaxt NATO və Rusiya arasında elə bir ciddi gərginlik müşahidə olunmurdu. Hətta gərginlik olsaydı belə, adətən, NATO-nun baş katibi belə təhdidkar açıqlamalara müəlliflik etmir. Əsasən, qarşıdurmaların siyasi müzakirələr yolu ilə nizamlanmasına çağırışla kifayətlənir.

Ona görə də, bu dəfə NATO baş katibinin siyasi müzakirə variantından yan keçib, birbaşa Rusiyanı heç bir ciddi səbəb olmadığı halda, hərbi xarakterli xəbərdarlıq ilə hədələməsi gözlənilməz olmuşdu.

 

Ancaq NATO baş katibi boşuna heç bir dövləti hədələməyə həvəs göstərməz. Hər halda, bu, təhlükəli əyləncə olardı. Belə görünür ki, Ukraynanın separaçı bölgələrə müdaxiləsi NATO-nun hərbi gündəmində müzakirə mövzusudur. Y.Stoltenberqin təhdidi isə Ukraynanın hərbi müdaxiləsinin qarşısını açmaq məqsədilə atılan preventiv addımlardan biridir.

Böyük ehtimalla NATO Rusiyanın separaçı bölgələrə hərbi dəstəyini əvvəlcədən neytrallaşdırmağa çalışır. Kremlə bu dəfə separaçılara dəstək verərsə, NATO-nun baş verənlərə seyirçi qalmayacağını anlatmağa çalışırlar. Yəni, NATO-nun bu dəfə Ukraynaya hərbi yardım göstərə biləcəyi tamamilə inandırıcı görünür.

Təbii ki, hadisələrin belə inkişaf istiqamətləri alması MDB məkanında böyük savaş ehtimalını da aktuallaşdırır. Çünki mövcud situasiyanın şərtləri Rusiyanın yeni savaş variantında separaçı bölgələri sadəcə, səhnəarxası hərbi dəstək hesabına himayə edə biləcəyinə müəyyən şübhələr doğurur. Hər halda, Ukrayna ordusu son illərdə ciddi şəkildə güclənib.

"Bayraktar TB2" PUA-ları da daxil olmaqla, bəzi yeni silahlar alınıb və Rusiyanın hələlik onlardan müdafiə vasitələri mövcud deyil. Üstəlik, həmin yeni silahlar II Qarabağ savaşında Rusiyanın ən müasir hərbi texnikasına böyük fərqlə qalib gəlib. Bu baxımdan, separaçıların əvvəlki dövrlə müqayisədə ciddi şəkildə modernləşdirilmiş Ukrayna ordusu qarşısında elə bir müqavimət göstərə biləcəyi inandırıcı görünmür.

Maraqlıdır ki, Donbass separatçılarının lideri Denis Puşilin də son günlər gərginliyin ciddi şəkildə artdığını etiraf edib. O, böyük ehtimalla, Ukraynanın genişmiqyaslı müharibəyə başlayacağını deyib. D.Puşilin Qarabağ müharibəsi təcrübəsinin diqqətlə öyrəndiklərini də vurğulayıb və Ukrayna müharibəyə başlayarsa, buna qarşılıq verəcəklərini qeyd edib.

 

Əlbəttə, Qarabağ müharibəsindən öyrəniləcək çox şey var. Ancaq həmin təcrübədə Donbass separatçılarını qələbəyə götürəcək elə bir ciddi örnək demək olar, yoxdur. Olsaydı, Ermənistan ordusu darmadağın edilməzdi. Bu baxımdan, Donbass separatçılarının lideri Ukrayna ordusu savaşa başlamazdan öncə rəsmi Kiyevə tabe olmaq barədə anlaşmanın əldə olunması barədə düşünməsi daha proqmatik yanaşma olardı.

Hər halda, Rusiyanın səhnəarxası hərbi dəstəyinin bu dəfə işə yaracağı o qədər də inandırıcı görünmür. İndi separaçıları qorumaq üçün Rusiyanın Ukraynaya müxtəlif istiqamətlərdən birbaşa hərbi müdaxilə məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil. Bu isə Rusiyanın Ukraynaya qarşı müharibə elan etməsi deməkdir.

Böyük ehtimalla ABŞ və Qərb məhz buna nail olmağa çalışır. Çünki bu halda, Rusiyanı Ukraynanın ərazi bütövlüyünə qəsd etdiyini beynəlxalq səviyyədə sübut etmək elə bir ciddi çətinlik törətməyəcək. Nəticədə Rusiya ağır beynəlxalq sanksiya dalğası ilə üzləşmək riski ilə qarşılaşacaq.

Digər tərəfdən, NATO rəsmi Kiyevin istəyi ilə Ukrayna ərazisinə hərbi qüvvə göndərmək hüququ qazana bilər. Müəyyən mərhələdə hətta NATO hərbi qüvvələri ilə Rusiya qoşunlarının toqquşma ehtimalı da ciddi şəkildə ortaya çıxa bilər. Bu isə Rusiyanın müasir tarixində ən arzuolunmaz və olduqca təhlükəli hərbi qarşıdurma ehtimalı deməkdir. Çünki bu halda, Rusiya dünyada tamamilə təklənmiş vəziyyətə düşə bilər. Və Rusiyanın bütün dünyadan tam şəkildə təcrid edilməsi cəhdləri reallığa yaxınlaşar.

Göründüyü kimi, ABŞ və Qərb Rusiyanı MDB məkanında böyük müharibə avantürasına bulaşdırmağa çalışır. Ukrayna böhranının yenidən ön plana çəkilməsi Rusiyaya qarşı yeni hərbi tələ xarakteri daşıyır. ABŞ və Qərbi Ukraynanın gələcək taleyi demək olar ki, maraqlandırmır. Əsas hədəf Rusiyanın MDB məkanında yaradılmasına çalışılan yeni "savaş bataqlığı"na salınmasına nail olmaqdır. Və bu, baş tutarsa, Rusiyanın uzun müddət həmin "savaş bataqlığı"nda ilişib, qala biləcəyi də qətiyyən istisna deyil.

"Yeni Müsavat"

Son xəbərlər

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq

Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB

İlham Əliyev Kalaşnikovu qəbul edib

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA

Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt

Bütün xəbərlər