{category-title}

Keçmiş məmurun oğlu atasının işinə görə ədalətli istintaq istəyir – Prezidentə müraciət

 

 

Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi ev 62, mənzil 10 ünvanında yaşayan Məmmədov Nurlan Samir oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Aktualinfo.org vətəndaş Nurlan Məmmədovun redaksiyanın elektron poçtuna göndərdiyi müraciəti olduğu kimi oxuculara təqdim edir.O,yazır:

Möhtərəm cənab Prezident,
Əziz Mehriban xanım

27 il ərzində doğma torpaqlarımızda qoşun saxlamış, hərbi hissələr və bazalar yaratmış yağı düşmən üzərində cəmi 44 gün ərzində parlaq qələbə qazandınız və düşmənin hərbi siyasi rəhbərləri açıq şəkildə işğalçılıq siyasətləri ilə yanaşı acı məğlubiyyətlərini də etiraf etdilər. Ancaq 27 ildir ki, əvvəl Ulu Öndər mərhum Heydər Əliyev daha sonra isə Siz Azərbaycan Respublikasında məmur özbaşınalığı və rüşvətxorluqla kəskin mübarizə aparsanız da, məqampərəst məmurların bəziləri öz çirkin əməllərindən əl çəkmirlər.

Həmçinin 10 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin ilk iclasında Siz vətəndaşlara müraciət edərək vəzifəli şəxslərin qanunsuzluqları ilə bağlı müraciətləri, məlumatları Prezident Adminstrasiyasına göndərmələrini, artıq adminstrasiyada tam başqa vəziyyət olduğunu, məktubların əvvəllər gizlədildiyini, indi isə buna son qoyulduğunu bildirdiniz.

15 ay ərzində Sizə 200-dən artıq yazılı və online müraciət ünvanlamışıq. Tam əminəm ki, müraciətlərimiz barədə Sizə heç bir məlumat verilmir. Ona görə də məcbur qaldığım üçün Sizə mətbuat vasitəsilə müraciət edirəm.

Atam Məmmədov Samir İnqilab oğlu artıq 15 aydır ki, qanunsuz və əsassız həbs edilib. O, Mingəçevir şəhərində anam Səadət Babayevaya məxsus “Sübhan Aptek”də qanunsuz dərman preparatlarını satış məqsədilə saxlamaqda ittiham edilir. (AR CM 234.4.1 və 240.3.2). Cinayət işi üzrə cinayət-prosessual qanunverciliyin əksər tələbləri də daxil olmaqla müdafiə hüquqları pozulmuş, sübutlar məhv edilmiş (kameraların yaddaş qurğusu), saxta şahidlərdən istifadə edilmiş və uzun uzadı yazmaq istəmədiyim qanunsuzluqlara yol verilmişdir.

30 il dövlətimizə qüsursuz xidmət etmiş, həbs edilən zaman Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsini tutmuş, 20 ildən artıq YAP üzvü olmuş, vətəninə bağlı üç övlad yetişdirmiş bir şəxs “tanımadığı” birindən qanunsuz dərman preparatlarını alıb, öz həyat yoldaşına məxsus, onun tərəfindən idarə edilən aptekdə “savab” qazanmaq məqsədilə satmaqda ittiham edilir. Atamın həbsini reallaşdırmaq üçün aptekdə cəmi 1 gün işləmiş, ziyalı və sadə bir ailənin övladı 25 yaşlı Abduləzimov Rəşad Arzu oğlu şərlənərək həbs edilmişdir.

Cənab Prezident, atam Samir Məmmədovun həbsinin səbəbləri tamam başqadır. Pərdə arxasında bizi müxalifətçilikdə, dövlət əleyhinə addımlar atmaqda ittiham edirlər. Oturduqları kresloları möhkəmlətmək istəyən bəzi “vətənpərvər” dövlət məmuları, özlərini “şirin” satmaq üçün üstümüzə çirkin bir iftira ataraq ailəmizi məhv etməyə çalışırlar. Atam ədavət üzündən deyilmiş quru sözlə heç bir araşdırma aparılmadan həbs edilib. Ancaq biz müxalif partiyalara üzv olmamışıq, həmin partiyaların rəhbərləri ilə hər hansı əlaqə yaratmamışıq, onlara maddi və sair formada dəstək verməmişik. Yığıncaqlarında tədbirlərində iştirak etməmişik.

Biz dövlətimizin başçısı və rəhbərimiz kimi Sizi tanımışıq. 90-cı illər Azərbaycanın çətin günlərində Ulu Öndər mərhum Heydər Əliyevi Naxçıvan MR-dən Azərbaycana dəvət edənlər içərisində məhz mənim yaxın qohumlarım olub. Bunlar Ulu Öndərin həyat və siyasətinə həsr olunmuş “Qayıdış” adlı kitabda öz əksini tapıb. Hər zaman möhtəşəm hakimiyyətinizi, yeritdiyiniz uğurlu siyasəti dəstəkləmişik, bu gün də dəstəkləyirik. Əgər ailə üzvlərimizdən kimsə dövlətimiz əleyhinə hər hansı formalı bir addım atıbsa bunun cəzasını ailəlikcə çəkməyə hazırıq.

Cənab Prezident, bizim ailəmizə haqsız yerə zülm olunur və hər kəs bu zülmə göz yumur. Biz dövlətin idarəçilik sistemində Sizdən və Birinci xanımdan yuxarı birini görmürük. Ona görə də özüm və ailə üzvlərim adından Sizdən xahiş edirəm bu haqsızlığın qarşısını alın. Artıq dərəcədə xahiş edirəm ki, barəmizdə verilmiş yalnış məlumatların və atamın barəsində olan qondarma cinayət işinin ədalətli araşdırılmasına göstəriş verəsiniz. Ümidvaram ki, mənim haqq səsim sizə çatacaq və siz pozulmuş ədaləti bərpa edəcəksiniz.

Dərin hörmət və ehtiramla Nurlan Məmmədov

Videoya burdan baxa bilərsiz
My Webpage

Son xəbərlər

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Bütün xəbərlər