{category-title}
Gündəm / Cəmiyyət
3.03.2021, 17:49
Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı?
“Təhsil müəssisələrinin pedaqoji və texniki heyətinin vaksinasiya prosesi məcburi deyil”.
Oxu.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
O qeyd edib ki, təhsil işçiləri vaksinasiya prosesi üçün könüllü olaraq müraciət edirlər:
“Vaksinasiyadan imtina edən müəllimlərə qarşı tənbeh və ya cəza olması barədə heç bir qərar yoxdur”.