{category-title}

 

 

 

Baş həkimi həbs olunan xəstəxana ilə bağlı ŞİKAYƏT

 


Məlum olduğu kimi, ötən ay Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Hazırda xəstəxanada korrupsiya faktları ilə bağlı araşdırma gedir. Bu səbəbdən də xəstələrin müayinəsi məhdudlaşdırılıb. Nəticədə, rayonda əlilliyə görə təkrar müayinədən keçmək istəyən sakinlər üçün ciddi problemlər yaranıb.  

Bu şikayətlə “Qafqazinfo”ya Masallı rayon sakinləri tərəfindən bir neçə müraciət daxil olub. Onlar bildirirlər ki, əlilliyə görə pensiya və sosial müavinət alan şəxslər təkrar müayinədən keçmək üçün Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət etsələr də, onlara hazırda araşdırma aparıldığını və xəstəxanada əlilliklə bağlı müayinələrin dayandırıldığını deyiblər.
 
Bəs müayinə vaxtı çatan şəxslər hara müraciət etməlidirlər? Müayinələr hansı müddətdən sonra bərpa olunacaq? Vaxtında müraciət etmədiyinə görə vətəndaşlarla bağlı hər hansı cərimə nəzərdə tutulurmu?

Bu barədə məlumat almaq üçün Masallı Rayon Mərkəzi Xəstəxanasında baş həkimin səlahiyyətləri həvalə olunan Rasim Əzizovla əlaqə saxladıq. O bildirdi ki, korrupsiya faktları ilə bağlı araşdırma aparıldığından xəstəxana müvəqqəti bağlanıb. Təxminən 10 günə xəstəxana açılacaq və əlilliyə görə müayinə olunmaq istəyən şəxslər də həmin vaxt müraciət edə bilərlər:

“5-10 gün sonra bütün sənədlər aidiyyəti üzrə ötürüləcək. Əlillik meyarlarına uyğun olanlar pensiya ala biləcəklər”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirilib ki, vətəndaş müəyyən müddət itirəcək və həmin müddət ərzində pensiya və ya sosial müavinət almayacaq. 

“Vaxtında səhiyyə müəssisəsinə müraciət edib, həkim komissiyasından keçərək Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil edilməlidir. Təyinat vaxtında aparılsa, vətəndaş vaxtında sosial müavinət və ya əmək pensiyası ilə təmin olunar. Lakin bu halda müəyyən müddət itəcək və vətəndaşın vaxtında arasıkəsilmədən sosial müavinət almaq şansı azalacaq”.

Agentlikdən həmçinin bildirilib ki, qanunvericiliyə əsasən, “forma 88” Alt Sistemə daxil edildikdən sonra əlillik 10-15 iş günü ərzində qiymətləndirilir. 

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər