{category-title}





Pensiyalar nə qədər artdı?

 



Xəbər verdiyimiz kimi, Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi 11,4 faiz həcmində artırılır. Pensiyaçıları maraqlandıran əsas məsələ isə indeksləşmədən sonra pensiya məbləğlərinin nə qədər olacağıdır. 


Mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verən iqtisadçı ekspert Rövşən Ağayev xatırladıb ki, qanunvericiliyə görə pensiya almaq üçün ya 25 il iş stajın olmalı, yaxud da hesabında minumum pensiya kapitalı yığılmalıdır: 


“Tutaq ki, pensiya hesablaması zamanı məlum olur ki, siz 210 manat pensiya ala bilərsiniz. Bu o deməkdir ki, sizin pensiyanız yüz faiz sığortalı pensiyadır. Çünki minimum pensiyadan aşağı pensiya təyin edilə bilməz. Bu, o deməkdir ki, 210 manat alan pensiyaçının pensiyası 24 manata yaxın artmış olacaq. 


İkinci halda isə, elə vətəndaşlar var ki, pensiya hesablaması zamanı onun pensiyası 160 manata gəlib çatır. Ancaq minumum pensiyadan aşağı pensiya verilə bilmədiyinə görə hökumət 160 manatın üstünə özü 40 manat qoyaraq vətəndaşa pensiya təyin edir. Bu isə o deməkdir ki, sizin 200 manat pensiyanızın 160 manatı sığortalıdır. İndiki 11, 4 faiz artım da bütöv məbləğə yox, 160 manata tətbiq ediləcək. 


Odur ki pensiyaçılar özləri aldıqları pensiyanın hansı hissəsinin sığortalı olduğunu bilir. Ona görə də özləri sığortalı hissəni 11, 4 faizə vurmaqla artımı görə bilərlər. Çünki pensiya hesablaması fərdi məsələdir. 


Ümumilikdə isə tutaq ki, tam sığortalı 250 manat pensiyaçının aldığı pensiya 28-30 manat arası artmış olacaq”.


Qeyd edək ki, vətəndaşlar fevralda pensiyalarını alarkən həm fevralın, həm də yanvarın artımını ala biləcəklər. Pensiyaların bu artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını əhatə edir.

Son xəbərlər

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bu gün Suraxanıda işıq kəsiləcək

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

İsrail ordusunun Livana hücumlarında 303 nəfər ölüb

Danışıqlarda İranı onlar təmsil edəcək

İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib - YENİLƏNİB

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub

Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb

Vüsal Hüseynov BMT rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlığı müzakirə edib

Bütün xəbərlər