{category-title}

Türkiyə təyyarəsi Bakıya dönməli oldu – Gecə Tehranda nə baş verib?

 

Yanvarın 29-dan 30-na keçən gecə İranın paytaxtında hava hücumuna qarşı həyəcan siqnalı işə düşüb.

Həyəcan siqnalının səsi Tehranın qərb hissəsində eşidilib, sosial şəbəkə istifadəçiləri həmin anlara dair kadrları yayıblar. Tehran sakinləri son 30 ildə belə hadisənin baş vermədiyini deyirlər.

Daha sonra Tehran əyalətinin rəhbərliyi həyəcan siqnalının işə düşməsinin səbəbini “təşkilatlardan birinin sistemində baş vermiş xəta” olduğunu bildirib. Həyacan siqnalı dayanıb, amma onun işə düşməsinin səbəbləri ilə bağlı müxtəlif məlumatlar hələ də yayılmaqdadır.

Tehranda həyəcan siqnalının işə düşdüyü dəqiqələrdə Türkiyənin “Turkish Airlines” hava yolları şirkətinin  İstanbuldan Tehrana uçan TK874 bort nişanlı sərnişin təyyarəsi kursu dəyişib və Bakıya istiqamət alıb. Təyyarə yerli vaxtla saat 00.05-də Tehrana enməliydi, amma şəhərin üstündə bir neçə dövrə vurduqdan sonra kursu dəyişib və Heydər Əliyev Bakı Beynəlxalq Aerportuna enib.

Tehranın İmam Xomeyni adına Beynəlxalq Aeroportunun rəsmisi Farşid Hüseyni İSNA agentliyinə bildirib ki, “əlverişsiz hava şərtlərinə görə”, “Turkish Airlines” şirkətinin təyyarəsinin pilotu aerporta enməməyi qərara alıb. Təyyarə Bakıya uçub və hava şərtləri normallaşan kimi yenidən Tehrana uçacaq.

Lakin təyyarənin kursunu dəyişməsinin  əslində Tehranda hava hücumundan müdafiə sisteminin həyacan siqnalının işə düşməsi ilə əlaqəli olduğu ehtimal edilir. İran KİV-ləri həyacan siqnalının işə düşdüyü dəqiqələrdə Tehran aeroportu rayonuna elektrik enerjisi təchizatının dayandığını, uçuşların təxirə salındığını xəbər verirdi.

Həmin dəqiqələrdə aviareysləri monitorinq edən internet saytları Tehran üzərində bütün aviauçuşların dayandığını qeydə alıb. Bu, son 30 ildə ilk dəfə qeydə alınır. Bəzi ehtimallara görə İranın hava hücumundan müdafiə sisteminə kiberhücum həyata keçirilib və sistem işə salınıb. Habelə GPS sisteminin də işinin pozulduğu bildirilirdi. 

Son xəbərlər

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Bütün xəbərlər