{category-title}

Nərmin Şahmarzadə yenə öz ampluasında - cəmiyyətdən sərt təpkilər

 Bir neçə il öncə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında aşağılayıcı fikirlər səsləndirən Nərmin Şahmarzadə yenə öz ampluasında qalmaqdadır.

Xatırladaq ki, hələ 2019-cu ildə Azərbaycanın Milli Qəhrəmanı haqqında hədyanlı fikirlər səsləndirdiyi üçün Xətai Rayon Məhkəməsi onun barəsində inzibati cəza qərarı vermişdi. Qərara əsasən o, Xətai rayonu ərazisində 400 saat ictimai işə cəlb olunmuşdu.

Beləliklə, özünü “psixoloq” kimi təqdim edən Şahmarzadə bu dəfə sosial şəbəkədə müharibə iştirakçısı olmuş qazinin jurnalist bir xanıma təcavüz etdiyini yazıb. Lakin paylaşımında nə qazinin, nə də jurnalistin adını çəkib. Nərmin Şahmarzadənin bu cür paylaşımı yenə də ictimaiyyət tərəfindən sərt şəkildə tənqid olunub, təxribat və erməni sifarişi kimi dəyərləndirilib.

"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, bu cür adamlar ruhi xəstədir. Nərmin Şahmarzadənin bundan əvvəl Milli Qəhrəman Mübariz İbrahimov haqqında hədyanlı fikirlərini görəndə düşünürdük ki, bu cür gəncliklə bizim axırımız hara gedəcək, Qarabağı necə geri qaytaracağıq? Lakin Vətən müharibəsi və zəfəri onu göstərdi ki, bu cür adamlar, sadəcə, ortalıqda könül bulandıranlardır. Azərbaycan gəncliyi Vətən müharibəsində çox böyük vətənpərvərlik nümayiş etdirərək, bizi heyrətləndirdi, qürurlandırdı. Nərmin kimiləri isə cəmiyyətin irinli yaralarıdır, zaman-zaman çibanbaşı kimi cəmiyyətimizi sızlandırır. Cəmiyyət onsuz da onların cavabını verir. Hər şeyin öz sərhədi var.

Sən düşmənlə üz-üzə dayanan, Xocalıda baş verən qətliamın qisasını alan Azərbaycanın Milli Qəhrəmanı haqqında necə hədyanlı danışa bilərsən? Bu cəmiyyət əlbəttə ki, sənin dərsini verər. Millətimiz hər zaman öz qəhrəmanının dəyərini bilir. İndi yenə də aranı qatmaq, erməni sifarişini həyata keçirmək niyyətindədir. Bunlar necə ailədə böyüyüb, yetişiblər? Bu nə zehniyyət, düşüncədir? Hüquq-mühafizə orqanları bu məsələni dərindən araşdırıb, lazımi tədbirlər görməlidir”.

AĞ Partiya sədri Tural Abbaslı isə qeyd etdi: “Düşünürəm ki, vətən uğrunda canını fəda etməyə hazır olan kimsə belə əməllər törətməz. Məlum status paylaşımında hansısa qazinin və yaxud jurnalistin adı çəkilmir. Bu, sadəcə, gündəmə gəlmək üçün hesablanıb. Necə olur ki, mənəviyyat, mentalitet məsələləri ilə bağlı hadisələr ancaq bunların və yaxud onların ətrafındakıların başına gəlir? Yəni bu, inandırıcı deyil. Sadəcə, özlərini gündəmdə saxlamaq və yaxud haralardasa özlərinin Azərbaycanda təsir imkanlarına malik olduqlarını sübut etmək üçün şou tipli bəyanatlardır”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, hüquq-mühafizə orqanları bu məsələyə ciddi reaksiya verməlidir: “Mənə təəccüblü gəldi ki, 2-3 il bundan əvvəl Mübariz İbrahimov haqqında hədyanlı fikirlər səsləndirdiyi üçün məhkəməyə verilən, qazilərin sərt reaksiyası ilə qarşılaşan Nərmin Şahmarzadə yenidən öz ampluasına geri dönüb. Həmin hadisədən sonra düşünürdük ki, qarşılaşdığı sərt reaksiyaları nəzərə alaraq özünə yığışar, səhvini anlayar, lakin görünən budur ki, onun ciddi psixoloji problemləri var. İndi də olmayan bir faktı ortalığa atmağa çalışır. Yəqin ki, bu, kimlərinsə sifarişi ilə həyata keçirilir. Əlbəttə ki, bu olayla hüquq-mühafizə orqanları dərhal reaksiya verib, araşdırma aparmalıdır. Eyni zamanda ictimai qınaq olmalıdır. Bir daha qeyd edirəm, əgər həqiqətən ortada fakt varsa, mütləq həmin qazi barəsində lazımi tədbir görülməlidir. Yox, əgər belə bir fakt yoxdursa, Nərmin Şahmarzadə barəsində bu dəfə daha ciddi tədbir həyata keçirilməlidir”.

Bəs naməlum qazi barəsində bu cür yalan ittiham səsləndirən Nərmin Şahmarzadə məsuliyyətə cəlb oluna bilərmi?

Menyu Sayta dəstək olun Haqqımızda Redaksiya ilə əlaqə Reklam Əlaqə rakurs tv rakurs.television@gmail.com Kateqoriya BAŞ SƏHİFƏ ÖLKƏ SİYASƏT SOSİAL İQTİSADİYYAT DÜNYA HADİSƏ İDMAN FAYDALI Region HƏRBİ MƏDƏNİYYƏT ELM ...

Hüquqşünas Fərhad Mehdiyev sualımızı bu cür cavablandırdı: "Məndə olan məlumata görə, artıq Nərmin Şahmarzadə DİN-ə çağırılaraq, araşdırma aparılıb. Lakin ortada hər hansı bir şikayət və fakt olmadığı üçün Nərmin sərbəst buraxılıb. Məlum statusa gəldikdə isə Nərmin Şahmarzadə heç bir qazinin və jurnalistin adını çəkməyib. Bu baxımdan heç kəs deyə bilməyəcək ki, mənim şərəf və ləyaqətim təhqir olunub. Buna görə də barəsində məsuliyyət yaranmır".
“Yeni Müsavat”

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər