{category-title}

Təhsil naziri peşə təhsilindən DANIŞDI

 

“Təhsili Nazirliyi olaraq kadr potensialımızın dünyada gedən sənayeləşmə prosesinə hazırlıqlı olması üçün müxtəlif təhsil pillələri üzrə fəaliyyəti stimullaşdırmağa çalışırıq. Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən kompüter-texniki ixtisaslar daxil olmaqla 120 ixtisas üzrə mütəxəssislər hazırlanır”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev məlumat verib.

Onun sözlərinə görə, təlim-tədris prosesi gələcək istiqamətlərin mütəmadi təhlilinə uyğun olaraq formalaşdırılır:

“Bu il sənayenin iştirakı ilə hazırlanan yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq. “WorldSkills” təşkilatı ilə əməkdaşlıq çərçivəsində gələcəyin peşələrinə dair beynəlxalq standartların tədris resurslarımıza inteqrasiyasını və tələbələrimizin beynəlxalq peşə olimpiadalarında iştirakını təmin edəcəyik.

Eyni zamanda, Peşə təhsili infrastrukturunun müasirləşdirilməsi istiqamətində də fəaliyyətimiz davam edir. 2019-cu ildə Prezident İlham Əliyevin açılışını etdiyi Koreya standartları əsasında qurulmuş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 11 ixtisas üzrə kadrlar hazırlayır. Bərdə, Cəlilabad, Lənkəran və Mingəçevirdə müasir peşə təhsil mərkəzlərinin açılışı planlaşdırılır. 

Biz ümumi təhsil sahəsində də şagirdlərimizin bu prosesə hazırlıqlı olması üçün müxtəlif layihələr çərçivəsində Robototexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, Nano və Neyro texnologiyalar, Mühəndislik modulları əsasında öyrətməni həyata keçiririk. Eyni zamanda təhsilalanlara müasir peşələr üzrə ilkin bilik və bacarıqları aşılamaq üçün peşə təmayüllü sinifləri təşkil edərək prosesin sürətləndirilməsində maraqlıyıq”.

“Ali təhsil sahəsində davamlı, uzunmüddətli və hərtərəfli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün savadlı və hazırlıqlı mütəxəssislər yetişdirilməsini təşviq edirik. Ölkə iqtisadiyyatının mövcud potensialını tam şəkildə qavramaq, qlobal iqtisadi rəqabətdə Azərbaycanın rolunu düzgün qiymətləndirmək kadr hazırlığı ilə vəhdət təşkil etməlidir.

Dördüncü sənaye inqilabının gətirdiyi reallıqları, rəqəmsallaşmanı, texnologiyaların birləşməsini nəzərə alaraq innovasiyalar və informasiya texnologiyaları, kiber təhlükəsizik, rəqəmsal marketinq və data analitika kimi ixtisaslar üzrə yeni müasir məzmunlu magistr proqramları hazırlamışıq”, - deyə nazir əlavə edib.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər