{category-title}
Gündəm / Cəmiyyət
25.01.2021, 16:46
Nigeriya sahilində ölən azərbaycanlının nəşini THY gətirəcək
“Gəmimizin sahibi türk deyil və ya Türkiyə bayrağı altında üzmür. Gəmimiz xarici investorlara aiddir. “Boden” şirkəti gəminin texniki təsisatına görə məsuliyyət daşıyır”.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin “Boden Dənizçilik” şirkətinin direktoru Levent Karsan söyləyib.
“Gəmidə həlak olanın nəşi “Türk Hava Yolları” vasitəsilə Türkiyəyə gətirilib Azərbaycana göndəriləcək”, - o deyib.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılov həlak olub.