{category-title}

Ombudsmandan diversantlar məsələsinə REAKSİYA: “Onlar hərbi əsir deyil!”

 

Azərbaycan Respublikasının Ombudsmanı olaraq işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən qəsdən diversant qüvvələrin yerləşdirilməsini və onların terrorçu fəaliyyətini qəti şəkildə pisləyirəm. Təhlükəsizlik orqanları və Silahlı Qüvvələrimiz tərəfindən onların saxlanılmasını tam qanunamüvafiq hesab edirəm”.

Bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva bildirib.

Ombudsmanın sözlərinə görə, beynəlxalq humanitar hüquq normalarına, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarına əsasə, bu qrupdan olan şəxslər hərbi əsir hesab edilə bilməz.

"Qanunsuz silahlı birləşmələrin mövcudluğu kobud hüquq pozuntusu olmaqla, insan və vətəndaş hüquqlarına ciddi təhlükə və təhdiddir. Qanunsuz silahlı dəstə üzvlərinin həbs edilməsi etnik mənsubiyyətindən, vətəndaşlığından asılı olmayaraq, həmin ərazilərdə yerləşən hər kəsin başlıca yaşamaq hüququ olmaqla, hüquq və azadlıqlarının təminatına, ölkə ərazisində real terror və cinayət hallarının qarşısının alınmasına xidmət edir.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, hərbi əməliyyatların dayandırılmasından və sənədin qüvvəyə minməsindən sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə silahlı diversiya dəstələrinin göndərilməsi həmin bəyanatın pozulması kimi qiymətləndirilməlidir. Diversiya dəstələrinin əməllərinin isə terror və cinayət xarakteri daşıdığı qeyd olunmalıdır”.

Səbinə Əliyeva erməni diversiya-təxribat qruplarının əməlləri nəticəsində Azərbaycan tərəfindən ölən və yaralanan hərbçi və mülki vətəndaşlarımızın olduğunu da qeyd edib:

"Hesab edirəm ki, bunu unutmalı deyilik. Bu, özlüyündə Ermənistan tərəfinin beynəlxalq hüquqa, o cümlədən, artıq qüvvəyə minmiş üçtərəfli bəyanata laqeyd münasibətini açıq-aşkar göstərir. Düşünün ki, uzun illər ərzində BMT TŞ-nın 4 qətnaməsini icra etməkdən yayınan bir dövlətin bu cür hərəkətləri hələ də orada beynəlxalq hüquq və insan haqları məfhumlarına münasibətin hansı səviyyədə olduğunu bir daha dünya ictimaiyyətinə göstərməkdədir. Zənnimcə, Azərbaycanın silahlı qüvvələri və dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın, ölkəmizə qarşı bu təxribatları insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi və psixoloji baxımdan ağır və riskli vəziyyətdə qalmasına, təhlükəsiz və sağlam ətraf mühitə, yaşamağa və digər hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olduğundan, o cinayətkar əməllərə qeyd-şərtsiz son qoyulmalıdır. Bu diversiya qrupu Azərbaycan xüsusi orqanları tərəfindən saxlanılıb. Onların əməlləri cinayət məsuliyyətinə cəlb olunub. Bu da beynəlxalq hüquq normalarına uyğundur”.

Ombudsman yaxın günlərdə saxlanılan erməni diversantlara baş çəkməyi nəzərdə tutduqlarını da istisna etməyib:

"Azərbaycan hər zaman vətəndaşlığından, mənsubiyyətindən asılı olmayaraq Ombudsmana müraciət edən heç kəsin müraciətini diqqətsiz qoymur. Yaxın vaxtlarda diversantlara baş çəkməyi nəzərdə tutmuşuq”.


Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq, istintaqa təhvil verilib.
 
Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.
İstintaq zamanı müəyyən edilib ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər. modern.az

Son xəbərlər

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bütün xəbərlər