{category-title}
Gündəm / Dünya
30.12.2020, 13:50
Türkiyə ilə ABŞ arasında işçi qrup yaradılır - S400-lərə görə
Türkiyə ilə ABŞ arasında S400-lərlə bağlı birgə işçi qrup yaradılır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına açıqlama verərkən bildirib. Bu işçi qrupun Rusiyadan alınmış S400 sistemləri ilə bağlı araşdırmalar aparacağı bildirilib.
Qeyd edək ki, ABŞ NATO ölkəsi olan Türkiyənin Rusiyadan S400 almasına görə sanksiyalar tətbiq edib.