{category-title}

 

Prezidentin çıxışı – Azərbaycanın COVID-19 və işğalçıya qarşı mübarizəsi

 

MDB dövlət başçıları şurasının dekabrın 18-də videokonfrans formatında iclası keçirilib. Ötən müddət ərzində üzv dövlətlərin bəzilərinin ictimai-siyasi həyatında ciddi dəyişikliklər olub.

 

2020-ci il avqustun 9-da Belarusda prezident seçkisi keçirilib. Seçkinin rəsmi nəticələrinə əsasən, Alkensandr Lukaşenko 6-cı dəfə prezident elan olunub. Bununla belə bu siyasi kampaniyanın nəticəsinə ciddi etirazlar davam edir. Aksiya iştirakçıları iddia edir ki, seçki zaman saxtakarlıq olub və əslində müxalifətin lideri Svetlana Tixanovskaya qalib gəlib.

Oktyabrın 15-də Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov istefa verdi. Dövlət başçısı səlahiyyətlərini yeni baş nazir Sadır Japarova icra edir.

Qeyd edək ki, oktyabrın 4-də Qırğız Respublikasında parlament seçkiləri keçirilib. Parlamentdəki 120 yer uğrunda 16 partiya mübarizə aparıb. İlkin məlumata görə, 46 deputatla ən çox yeri Birimdik Partiyası qazanıb. Sonrakı yerlərdə 45 deputatla Mekenim Qırğızıstan Partiyası, 13 deputatla Butun Qırğızıstan Partiyası gəlir. Ancaq bu partiyalar 7 faizlik seçki baryerini aşa bilib. Müxalifət seçkilərin nəticələrinə etiraz aksiyası keçirdi. Bu aksiyalara prezidentin istefası və yeni prezident seçkisinin keçirilməsi barədə qərarın qəbul olunması ilə başa çatdı.

Noyabrın 1-də Molodovada keçirilən prezident seçkisinin qalibi keçmiş baş nazir Maya Sandu olub. O, dekabrın 23-də prezident kimi and içəcək. Odur ki, bu toplantı fəaliyyətdə olan prezident İqor Dodon üçün sonuncu sayılır.

Maya Sandu
Maya Sandu

Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın ictimai-siyasi həyatında elə ciddi dəyişiklik baş verməyib.

Azərbaycan və Ermənistanın dövlət həyatında çox böyük hadisə olub. Azərbaycan Ermənistanı işğal etdiyi torpaqlarından çıxarıb.

Düzdür, o biri ölkələrin ictimai-siyasi həyatında baş verənlər MDB-yə üzv dövlətlərin həyatına elə ciddi təsir göstərmir. Ancaq Azərbaycan öz torpaqlarından işğalçı Ermənistan ordusunu çıxarmaqla Birliyin mövcudluğu və gələcək fəaliyyətinə çox ciddi, müsbət təsir göstərib.

MDB dövlət başçıları şurasının müzakirə etdiyi başlıca məsələ COVID-19-a qarşı mübarizə olub.

Azərbaycan Prezidenti İlham Əliyev iclasdakı çıxışında pandemiyaya qarşı mübarizəyə, Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatlara dair iki məsələyə geniş yer ayırıb.

Dövlət başçısı Azərbaycanda pandemiyaya qarşı mübarizədən danışarkən deyib: “Qısa müddətdə laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırılıb. Qısa müddətdə 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. Beləliklə, biz COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim etmişik. Həkimlərin çatışmaması da ümumi problem idi, çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi.

Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir. İndi dünyada vaksinləmə prosesinin başlandığı vaxtda biz də bu prosesə qoşuluruq. Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub”.

İlham Əliyev
İlham Əliyev

Prezident Qoşulmama Hərəkatının sədri olan ölkə kimi Azərbaycanın bu mövzunu daim diqqət mərkəzində saxladığını vurğulayıb: “Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Nəzərdə tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək”.

Dövlət başçısı Azərbaycanın təşəbbüsü ilə bu ilin aprelində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, mayında isə Qoşulmama Hərəkatının bəhs edilən mövzuya dair keçirilən zirvə toplantılarına diqqəti çəkərək əlavə edub: “ Mən Qoşulmama Hərəkatının sədri kimi bu mövzunun müzakirə edilməsi üçün hökumət və dövlət başçıları səviyyəsində BMT-nin Baş Assambleyasının xüsusi sessiyalarının çağırılması təşəbbüsünü irəli sürdüm. Bu təklif 150-dən çox dövlət tərəfindən dəstəkləndi. Beləliklə, dekabrın 3-də və 4-də Azərbaycanın təşəbbüsü ilə 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi”.

Prezident bununla da şura üzvlərinin diqqətinə Azərbaycanın pandemiyaya qarşı mübarizədə beynəlxalq səviyyədə oynadığı rolu çatdırıb: “ Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib”.

Prezident pandemiyaya qarşı mübarizə aparmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün təmin uğurundakı döyüşlər barədə də toplantı iştirakçılarını məlumatlandırıb.

O, bir sıra xarici KİV-də hadisələrin, münaqişənin başvermə səbəbi və problemin təhrif edilməsini təəssüflə vurğulayaraq məsələ ilə bağlı sammit iştirakçılarına ətraflı məlum verib. O, torpaqlarının işğalı nəticəsində Azərbaycanın üzləşdiyi çoxsaylı sosial, iqtisadi və başqa çətinliklərdən, münaqişənin tarixindən danışıb. Azərbaycanın Ermənistanı işğal etdiyi ətazilərdən çıxardığını vurğulayıb: “Biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində, BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik. ATƏT-in Minsk qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi. Status-kvonun saxlanılmasına yönəlmiş bütün cəhdlər Ermənistan rəhbərliyinin danışıqlar trekində imitasiya xarakterli hərəkətləri ilə maskalanırdı. Əslində, təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdılar. Üzə çıxmış yeni informasiya, xüsusən işğal edilmiş ərazilərdə aparılmış mühəndis-istehkam işləri nəzərə alınmaqla məlum olur ki, Ermənistan işğal etdiyi ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmırdı. Beləliklə, bütün bu 28 il ərzində Ermənistan rəhbərliyi onun ali vəzifəli şəxslərinin timsalında beynəlxalq birliyi çaşdırırdı”.

Prezident 44 günlük döyüşlərdən əvvəl Ermənistanın müharibəyə hazırlaşdığını faktlarla sammit iştirakçılarının diqqətinə çatdırıb : “Ermənistanın müdafiə naziri, artıq keçmiş nazir, Amerika Birləşmiş Ştatlarında səfərdə olarkən açıq bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır”.

O, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma həyata keçirdiyini, bunun hərbi cinayət olduğunu bildirib.

Dövlət başçısı Azərbaycan Ordusunun döyüşlərindən, Ermənistan ordusunun 80 faizini sıradan çıxarmasından, erməni tanklarının qənimət olaraq dekabrın 10-da Bakıda Zəfər paradında nümayiş olunduğundan da bəhs edib: “Biz Ermənistan qoşunlarının layiqli cavabını verdik, onları ilkin mövqelərinə qaytardıq”. Dövlət başçısı Ermənistanın dinc sakinləri hədəfə almasından da danışıb: “Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə Tərtər, Ağdam, Füzuli rayonlarının yaşayış məntəqələrinə hücum etdilər. Elə ilk saatlarda bizim dinc əhali və hərbi qulluqçular arasında qurbanlar oldu. Münaqişənin 44 günü ərzində Azərbaycanın 94 nəfər dinc vətəndaşı, o cümlədən 11 uşaq öldürüldü, 400-dən çox dinc sakin yaralandı, 5 mindən çox ev tamamilə dağıdıldı və ya ciddi zədə aldı. Erməni silahlı qüvvələri münaqişə zonasından uzaqda yerləşən şəhərlərə, o cümlədən Gəncə şəhərinə hücum etdilər, Qəbələ, Bakıdan təqribən 100 kilometr məsafədə yerləşən Siyəzən, Xızı şəhərlərinə ballistik raket zərbələri böyük tələfata səbəb oldu”.

Prezident Ermənistanın baş naziri Nikol Paşinyanın iclasda iştirak etmədiyini nəzərə alaraq onun ölkəsi və hakimiyyəti barədə çox danışmadan bildirib: “Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur. Bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o, belə göstərişlər verməyib. Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı. Bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi”.

Prezident bölgəyə yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətindən bəhs edib.

Dövlət başçısının iki mövzuya yer ayırması, təbii ki, diqqətəlayiq hadisədir. Bu onu göstərir ki, Azərbaycan həm qlobal, həm də regional səviyyəli məsələlərdə fəaldır. Prezident işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin aparılmasında birliyə üzv dövlətləri də dəvət edib. Bu rəsmi Bakının regional əməkdaşlığa üstünlük verməsinin də göstəricisi sayıla bilər. Prezident çıxışı ilə Azərbaycanın regional və beynəlxalq təhlükəsizlik məsələlərində oynadığı önəmli rolu da diqqətə çatdırıb.

Beləliklə, virus və torpaqların işğal edilməsi hər ikisi insanlığın düşmənidir. Biri insan orqanızmini, o biri isə dövləti iflic edir. Azərbaycan COVID-19 və işğalçı Ermənistan viruslarına qarşı eyni vaxtda mübarizə aparır.

Son xəbərlər

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq

Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB

İlham Əliyev Kalaşnikovu qəbul edib

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA

Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt

Bütün xəbərlər