{category-title}
Gündəm / Dünya
15.12.2020, 09:07
ABŞ-ın daha bir dövlət qurumuna kiberhücum edildi
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə kiberhücum təşkil edilib.
Bu barədə “Washington Post” məlumat yayıb.
Nəşr adını açıqlamadığı mənbələrə istinadən kiberhücumların arxasında Rusiyanın dayandığını iddia edib.
ABŞ rəsmiləri digər qurumlara, o cümlədən özəl şirkətlərə də haker hücumları ola biləcəyini istisna etməyib.
Xatırladaq ki, buna qədər ABŞ-ın Xəzinə və Maliyyə Nazirliklərinə də kiberhücum təşkil edilmişdi.