{category-title}

Hansı halda SMS icazəyə ehtiyac yoxdur? - DİN-dən AÇIQLAMA

 

Bu gündən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiq edilir.
Sfera.az  xəbər verir ki, artıq icazəsi olmayan vətəndaşlar SMS icazə almadan küçəyə çıxa bilməzlər.
Lakin bu məqamda yenə də vətəndaşlarda müəyyən suallar yaranır. Suallar odur ki, vətəndaşlar zibil atmağa çıxarkən, yaxud da, həyətdə, yaxınlıqdakı məhəlləiçi marketə düşərkən, habelə qarşı evə qonaq gedərkən də SMS icazəsi lazım olacaqmı?
Nazirlər Kabinetinin qərarında açıq göstərilir ki, bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə o cümlədən, restoran, kafe, çay evlərinə müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsinə və onlayn satışa icazə verilir.
Bundan başqa, vətəndaş mağazaya və yaxınlıqdakı ticarət obyektinə gedərkən də mütləq rəsmi qaydada icazə almalıdır.
Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən, SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir:
-təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
-ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).
Yəni vətəndaş evi tərk edirsə o mütləq qaydada 8103 qısa nömrəsinə SMS göndərməli və icazə almalıdır.
Bu icazəni repitetor yanına gedənlər, o cümlədən evi tərk edən bütün şəxslər icazə almalıdır. Bütün hallarda icazə almaq lazımdır. Yalnız zibil atmaq üçün evi tərk edənlərə icazə tələb olunmur. Bu zaman vətəndaş evinə ən yaxın olan məişət tullantıları kanteynerlərinə yaxınlaşmalıdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilir ki, Nazirlər Kabinetinin qərarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün polis və daxili qoşunların hərbi qulluqçuları xidmətini davam etdirirlər və nəzarət baxış tədbirləri həyata keçirirlər.

Son xəbərlər

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

600 bal toplayanların ən çoxu I qrupdadır

Bütün xəbərlər