{category-title}

"Duma": İran son 30 ildə ilk dəfə Azərbaycanın tərəfini tutdu

 

Vladimir Putin çoxları üçün gözlənilmədən ən azı bu ilin 27 sentyabrına qədər özünü postsovet məkanında (Mixeil Saakaşvili və Petro Poroşenkodan sonra) rusofobik zərərvericisi kimi aparan “soros uşağı” Nikol Paşinyanı himayəsinə götürdü. Çoxları belə düşünür ki, qərbpərəst Paşinyanın 6 həftəlik müharibədəki biabırçı məğlubiyyətdən sonra Rusiya asanlıqla onun istefasına nail olacaq. Amma Putin bütün proqnozları alt-üst etdi. Yumşaq desək, Putin Paşinyanı bağışladı.

2,5 illik hakimiyyəti dövründə (2018-ci ilin mayından) Paşinyan Rusiya ilə münasibətləri tamamilə korladı. Baxmayaraq ki, Saakaşvili və Poroşenko kimi münasibətləri tamamilə pozmadı. “Corc Sorosun ermənisi” olaraq rəhbərlik etdiyi məxməri inqilabın köməyi ilə Paşinyanın karyera yüksəlişi başladı. Və qısa zaman sonra dövlət başçısı oldu. Rəhbərlik etdiyi “Mənim addımım” partiyası isə parlamentdə əksər yerləri qazandı. Və bununla da tərəfdarlarına yaxşıca gün ağlamış oldu. Bir az sonra Paşinyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AEİ) “könüllü deyil, istər-istəməz” qoşuldu və  Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə bir növ “natiq-dinləyici” formatını yaratmış oldu.

Amma Paşinyan Moskvanın dostu olan, keçmiş prezident Robert Köçəryana qarşı etdiyi siyasi repressiyalarla Kreml ilə münasibətləri xeyli korladı. Nəticə etibarı ilə Köçəryanın erməni xalqı qarşısında xidmətləri Paşinyandan daha çox idi. Qeyd edək ki, o, 1998-2008-ci illərdə Ermənistanın prezidenti olmuşdu. Belə bir adamı Paşinyan bir-neçə dəfə barmaqlıqlar arxasına göndərmək istədi.  Ancaq erməni ədliyyə sistemi Köçəryanı üç dəfə həbsxanaya göndərməkdən imtina etdi.

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi, Moskvanın adamı sayılan general Yuri Xaçaturovu geri çağıraraq onu xeyli incitdi. Ordunun keçmiş baş qərargah rəisinə qarşı uydurma ittihamlar irəli sürüldü və onun məhkəməsi də Köçəryan məhkəməsi kimi nəticəsiz başa çatdı. Paşinyanın bütün bu hərəkətləri həqiqi dövlət adamının iradəsi kimi deyil, daha çox fərdi intiqam təsiri bağışlayırdı.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu il Ermənistanın Müdafiə Nazirliyində Moskvada təhsil almış zabitlərin kütləvi şəkildə işdən çıxarılması baş verdi. Beləliklə, erməni hərbçilərinin Moskva ilə əlaqəsi kəsildi və iki ölkə arasındakı kəşfiyyat sahəsindəki bütün əlaqələr məhdudlaşdırıldı. Və bütün bunlar Ermənistan baş nazirinin istəyi ilə oldu. Bu azmış kimi üç kəşfiyyat lideri dəyişdirildi və onların yerinə heç bir hərbi səriştəsi olmayan adamlar təyin edildi. Bu isə tamamilə Qərbdən gələn siyasi təyinat idi. Beləcə Ermənistanda anti-Rusiya ritorikası böyüyürdü və milli təkəbbürlə keçirdi. Dağlıq Qarabağın bəzi “liderləri”ndən isə “ruslara qəti ehtiyacımız yoxdur, onlarsız Bakıya gedəcəyik” kimi bəyanatlar eşidilirdi.

Bəlkə də Rusiya ilə Ermənistan arasındakı əvvəlki hərbi ittifaq Paşinyana ikitərəfli münasibətləri tamamilə dağıtmağa imkan vermədi.

İndi isə hər şey dəyişib. Daha əvvəlki kimi  anti-Rusiya açıqlamalar verilmir və Rusiyanın iqtisadi maraqlarına zərər verən təkliflər dinlənilmir.Paşinyan artıq  Ermənistanın Aİİ-dən çıxmasından danışmır. Moskvada ona münasibət, yumşaq desək, Rusiya mediasında yazdıqları kimi birmənalı deyil. Siyasi səbatsızlığı, təkəbbürü, hamını döymək istəyi, ABŞ və NATO sevgis ilə Nikol Paşinyan kifayət qədər özünü gözdən salıb.

Paşinyanın səhvləri o yerə çatdı ki, nəinki Rusiya, hətta İran son 30 ildə ilk dəfə Qarabağ münaqişəsində Azərbaycanın tərəfini tutdu. Baxmayaraq ki, Tehran Moskvadan sonra İrəvanın ikinci iqtisadi tərəfdaşı sayılır.

Beləcə, Paşinyan Ermənistanın Rusiya və İranla olan bütün körpülərini yandırdı. Amma indiki vəziyyətdə Moskva üçün, elə Tehran üçün də Pşinyandan sərfəli namizəd yoxdur. Ona görə də Paşinyanın yaxın vaxtlarda istefaya gedəcəyi inandırıcı görünmür.

“Duma” (Bolqarıstan) qəzeti, 25 noyabr 2020.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Son xəbərlər

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Ukrayna PUA-ları Yaroslavl vilayətində Rusiyanın ən iri neft emalı zavodlarından birini hədəf alıb

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bütün xəbərlər