{category-title}
Gündəm / Dünya
9.11.2020, 12:32
İrəvan qaçan əsgərlərinə psixoloji yardıma başlayır
Ermənistan Qarabağda Azərbaycan Ordusu qarşısından dəhşətli itkilər verərək geri çəkilən əsgərləri üçün psixoloji dəstək proqramı hazırlayır.
Bunu Ermənistanın əmək və sosial məsələlər naziri Zarui Batoyan deyib. O, proqrama həmçinin ehtiyacı olan hərbçilər üçün uzunmüddətli tibbi yardım məsələlərinin də daxil ediləcəyini bildirib.
Batoyan çıxışı zamanı Ermənistan ordusundakı yaralıların sayının çoxluğu ilə bağlı etiraf da səsləndirib.