{category-title}

Siyasətin “erməni ovçusu”nun əsl məqsədi

 

 

Ordunun düşmənlə uğurlu mübarizə aparmasının vacib şərtlərindən biri də arxa cəbhədəki vəziyyətdir. Vətəndaş həmrəyliyi, siyasi sabitlik, əhailinin yüksək əhval-ruhiyyəsi və qarşılıqlı etimad ön cəbhədə döyüşən əsgərə güc verir. Əgər ordunun maddi-texniki təminatı səngərlərdəki üstünlükdürsə, əhalinin qələbəyə inamı və milli birlik müharibənin mənəvi təminatını təşkil edir. Birinci Qarabağ müharibəsi zamanı bu yöndə ciddi problemlər yaşadığımız sirr deyil. Torpaqların itirilməsində bu faktorun neqativ rolu var idi. Siyasi pərakəndəlik, ümumxalq birliyinin olmaması, cəmiyyətin müxtəlif görüşlü siyasi qüvvələrə parçalanması əhalinin və ordunun müharibə hazırlığına təsirini göstərirdi.

İndi vəziyyət fərqlidir. Xalqın Ali Baş Komandana inamı, ordumuza dəstəyi və ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatların müharibədə vahid cəbhədən çıxış etməsi, hətta bu birliyə dair sənədin də imzalanması həmrəyliyin bariz nümunəsidir. Bu elə bir həssas dövrdür ki, cəmiyyətimizdə süni şəkildə yarana biləcək istənilən təxribat xarakterli dezinformasiya, şayiə və ya fikir ayrılığının fəsadları çox acınacaqlı ola bilər.

Əlbəttə, xalqımız bütünlüklə düşmənlə müharibəyə və dövlətimizə dəstəyə yönəlib. Ancaq hərdən elə aksiyalar da olur ki, xalqın içində etimadsızlığın yaranmasına yönəldiyi aşkar hiss edilir. Məsələn, Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev yarım ildir ki, cəmiyyətimizdə “erməni ovu” və “ermənilərlə qohumluğu olan şəxslər”in axtarışına çıxmaqla aramıza nifaq toxumu əkməyə çalışır. Onun xüsusilə yüksək vəzifəli məmurlar və deputatları “hədəfə alması”, “erməni kökü olan şəxslər”i axtarması göstərir ki, Ə.Əliyevin addımları sadəcə olaraq onun siyasi naşılığı və ya bunu bilməməkdən etməsinə dəlalət edə bilməz. Bəs VİP sədrinin bu siyasi avantürası hansı məqsədlərə xidmət edir?

Ucuz populizmlə tanınan Ə.Əliyevin bu məzmunda olan bəyənatlarını son bir ilə yaxın müddətdə eşidirik. Siyasətin və informasiyanın içində olan hər kəs bu dövr ərzində Qarabağ cəbhəsində yeni müharibənin alovlana biləcəyini hiss edirdi. Ermənistanın ardıcıl təxribatları, hətta “yeni torpaqlar üçün yeni müharibə” şüarını səsləndirməsi göstərirdi ki, müharibə alovlanacaq. Bu fonda Ə.Əliyev israrla “erməni axtarışında” idi, bu prosesə sosial şəbəkələri və medianı da qoşmuşdu. Sosial şəbəkələrdə əhalinin belə həssas məsələyə cəld reaksiya verəcəyi sirr deyil. Yəni sosial şəbəkə vasitəsilə əhali arasında nifaq salmaq və dövlətə, onun məmurlarına inamsızlıq və şübhə atmosferini aşılamaq başlıca məqsəd ola bilərdi.

Güman etmək olardı ki, Ə.Əliyev bu niyyətindən müharibə zamanı əl çəkəcək. Ancaq onun bir müddət əvvəl jurnalist Kamran Həsənli ilə “youtube” kanallarından birindəki müsahibəsində yenidən mövzuya qayıtması adamda istər istəməz bu sualları yaradır: axı niyə məhz indi? Məqsəd nədir?

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər