{category-title}

“Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev

 

 

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti tarixi siması Əbdürrəhim bəy Haqverdiyevdir.

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci ildə Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində anadan olub.

Yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadimi, klassik Azərbaycan ədəbiyyatının korifeyi Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ədəbiyyatdan mühazirələr oxuyub, maarifpərvər ziyalı olaraq fəaliyyət göstərib.

Əbdürrəhim bəy Haqverdiyev xalqın maariflənməsində teatrın rolunun əvəzsiz olduğunu yazırdı:

“Xalqla danışmaq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsi idi”.

Uşaqların milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması, Vətənə sevginin aşılanması ədibin ən ali məqsədlərindən olub. “Ata və oğul” hekayəsində yazdığı fikir isə yazıçının həyatının əsl ifadəsidir:

“Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala, ehtiram və rəhmətlə yad ola”.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur.

Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

 

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər