{category-title}

 

 

Deputat seçildiyi rayona səfər edib


Milli Məclisə İsmayıllı rayonundan deputat seçilmiş Novruz Aslanov daim seçiciləri ilə görüşlər keçirir, onların müraciətlərinə diqqətlə yanaşır. Pandemiya dövründə ölkədə epidemioloji-sanitar vəziyyət nəzərə alınaraq, deputat seçildiyi İsmayıllı rayon sakinləri ilə onlayn əlaqə saxlamaqla yanaşı, münasib vaxtlarda rayona gedərək öz ofisində seçicilərini qəbul edir.
Avqust ayının 27-də Novruz Aslanov İsmayıllı rayonuna növbəti belə səfərini edib. Qəbuldan öncə deputatla görüşə gələn sakinlərə sanitar tələblər barədə məlumat verilib, maskadan və sanitar-gigiyenik məhlullardan istifadənin vacibliyi bildirilib. Bu məqsədlər üçün deputatın ofisində bütün zəruri vasitələr mövcuddur və ehtiyac yarandığı halda qəbula gələn sakinlər belə sanitar-gigiyenik vasitələrlə təmin olunarlar.
Məlumat üçün bildirək ki, qəbulda sakinləri daha çox narahat edən sosial məsələlər barədə müzakirələr aparılıb. Məlum olub ki, sakinlərin əksəriyyəti əlaqədar qurumlara müraciətlərin müvafiq elektron hökumət portalı vasitəsilə edilməsi barədə məlumatları yoxdur və bunu necə etmək lazım olduğunu bilmirlər. Əsas problem də bununla bağlıdır. Deputat bu işdə onlara lazımi dəstəyin verilməsinin vacib olduğunu nəzərə alaraq, rayonda belə təsisatlardan istifadə etməyi bacaran könüllülərin bu işlərdə sakinlərə köməklik etmələri üçün müvafiq tədbirlərin görülməsini öz köməkçilərinə tapşırdı. Yerli aidiyyətı qurumların da bu işlərə dəstək verməsini vacib saydı.
Bir neçə məsələ ödənişli təhsil alan tələbələrin təhsil haqının ödənilməsində üzləşdiyi çətinliklərlə bağlı olub. Pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərin əmək fəaliyyətinə təsiri səbəbindən bu kimi problemlərlə üzləşən valideynlər deputata müraciət ediblər. Digər qaldırılan məsələlər şəxsi məişət problemləri ilə bağlı olub. Bütün hallarda millət vəkili bu problemlərin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Məlumat üçün bildirək ki, imkanlar daxilində rayon sakinlərinə davamlı olaraq ərzaq və qeyri-ərzaq məhsulları ilə yardımlar edilir.

Deputat seçildiyi rayona səfər edib
Deputat seçildiyi rayona səfər edib
Deputat seçildiyi rayona səfər edib
Deputat seçildiyi rayona səfər edib
Deputat seçildiyi rayona səfər edib
Deputat seçildiyi rayona səfər edib

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər