{category-title}

Humanizmin, xeyirxahlığın və nəcib əməllərin ucalığında

 

 

İnsan müəyyən yaşa çatıb sosial münasibətlər sisteminə daxil olduğu ilk günlərdən üzərinə böyük bir ictimai məsuliyyət götürür. Bu, insan olmağın məsuliyyətidir, ömrü bir insan kimi mənalı yaşamağın mənəvi öhdəliyidir. Belə bir məsuliyyət, əslində, insanlıq taleyimizin fərdlərin üzərinə qoyduğu ali missiyadır. Kimisi layiqsiz davranışları ilə bu missiyaya xilaf çıxır, insan adını dəyərsizləşdirir, kimisi də bu missiyanı özünə şərəf bilib layiqli ömür yaşayır, həyatın mənasını dünyaya bir zərrə gözəllik bəxş etməkdə görür.

Bir də insanlıq adını daha yüksəklərə ucaldan, bu mənəvi missiyanın yeni meyarlarını formalaşdıran şəxsiyyətlər var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu ucalıqdadır.

O, eyni anda iki beynəlxalq təşkilatın sülhməramlı səfiri titulunu şərəflə daşıyan, gördüyü işlərlə bu ali statusa layiq olan nadir şəxsiyyətlərdəndir. Mehriban xanım Əliyeva dünyanın sülh elçisidir. Bu şərəfli missiyanı bir Azərbaycan qadınının yerinə yetirməsi xalqımız adına böyük qürurdur. Eyni zamanda həm Qərbin, həm də Şərqin ali dəyərlərinə sahib olan, bəşəriyyətin gələcəyi naminə bu iki dünyagörüş arasında uzlaşmanın əldə olunmasına çalışan Mehriban xanım mədəniyyətlərarası dialoqda həm də xalqımızın mənəvi dünyasını təmsil edir. Onun mənəvi dünyasında, təlqin etdiyi mənəvi dəyərlərdə Azərbaycan xalqının, Azərbaycan qadınının bir çox üstün cəhətləri öz ifadəsini tapır. Mehriban xanım bu ucalıqda ən yüksək milli keyfiyyətlərimizin simvoluna çevrilir.

Xeyirxahlıq, başqalarına təmənnasız kömək, insanlara sevgi, şəfqət göstərmək xalqımızın ruhundadır. Mehriban xanım da bu milli ruhun təmsilçisidir. Onun nəcib əməllərinin hekayəsi, etdiyi yaxşılıqların sevinci minlərlə adamın taleyinə yazılıb. Onların həyat yolunda ümid çırağı yandırıb. Mehriban xanım Əliyeva hər hansı bir insana kömək göstərilməsinə, başqaları üçün faydalı bir işin görülməsinə fərdi çərçivədə yanaşmır. O, bütün bunlara ümumən bəşəriyyətə xidmət kimi yanaşır. Çünki bəşəriyyət mücərrəd bir məfhum deyil, ayrı-ayrı fərdlərdən ibarətdir, hər insan bəşəriyyətin bir hissəsidir. Hər bir insanın yaxşılığı naminə ortaya qoyulmuş real əməl insanlığa xidmətdir, bəşəriyyətin xoşbəxtliyi üçün çalışmaqdır. Mehriban xanım da bu amal uğrunda yorulmadan çalışır. İnsani dəyərlərin, sevginin, xeyirxahlığın, mədəniyyətlər arasında dialoq və qarşılıqlı hörmət ruhunun, multikulturalizmin bütün dünyada hakimliyi üçün misilsiz fədakarlıq göstərir. Azərbaycan dövlətinin təşəbbüsü, onun mahir təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, qlobal mədəniyyət tədbirləri, 2008-ci ildən başlayaraq keçirilən humanitar forumlarla sivilizasiyalararası dialoqda böyük nəticələr yaradan və BMT kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən "Bakı prosesi” kimi təşəbbüslər bu fədakarlığın təcəssümüdür.

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyəti isə parlament tariximizin şərəfli səhifələrindən biridir. Onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həllinə yönəlmişdi. Seçicilərə diqqət və qayğısı, təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban xanım Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə qanunvericiliyimizin təkmilləşməsinə böyük töhfələr verib.

Ulu Öndər Heydər Əliyevin qurduğu dövləti tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxarmış Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Mehriban xanım Əliyevanın göstərdiyi bu fədakarlıq, insanlığa xidmət missiyası Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə aydın təsəvvür formalaşdırır. Onun gördüyü işlər ölkəmizdə qadın fəallığı ənənələrinin inkişafında yeni bir salnamədir. Azərbaycana, ümumilikdə isə dünyaya zəngin töhfələrlə yazılan bu salnamə Azərbaycan qadınının əzmkarlığının, zəhmətsevərliyinin, insanlara, ümumbəşəri dəyərlərə sevgisinin hər cümləsi ilə rəğbət doğuran uğur hekayəsidir.

Mehriban xanım Əliyeva xeyir əməllər sahibidir. Sadəlik, səmimiyyət, xeyirxahlıq, köməyə ehtiyacı olan insanlara yardımı əsirgəməmək, yaxşılıqlarla dünyanı gözəlləşdirmək onun xarakterinin parlaq cizgiləridir. O, xalqımızın mənəvi dünyasında özünəməxsus yer tutan xeyriyyəçiliyə, cəmiyyət üçün savab işlər görməyə yeni məzmun qazandıra bilib. Onun xeyirxahlığı, insanların faydası üçün həyata keçirdiyi humanitar layihələr Azərbaycan sərhədlərindən çox-çox kənarlarda da bu vətənin adına böyük rəğbət yaradır. Mehriban xanım xeyriyyəçiliyin insanlar arasında maddidən daha çox mənəvi bağlılıq yaratdığını göstərir. O, dünyaya qəlbinin sonsuz sevgisi ilə qucaq açır. Bütün xalqları hamımızın ümumi evimiz olan Yer üzünün sakinləri, ruh ortağı kimi qəbul edir. Bu da Azərbaycandan kənardakı dünya adlı böyük Vətəndə də Mehriban xanımın adını tanıdır, bu ada və onunla birgə Azərbaycana böyük rəğbət, məhəbbət qazandırır.

Ümumiyyətlə, Mehriban xanım cəmiyyətdəki sosial problemlərin həlli üçün fundamental baxışlara sahibdir. O, bu problemlərin həlli üçün nə mümkündürsə edir. Dövlətimizin həyata keçirdiyi cari tədbirlərə fəal dəstək verir. Reallaşdırılan sosial proqramın icrasına, məqsədlərə çatmasına, Prezidentimizin bu istiqamətdə verdiyi göstərişlərin yerinə yetirilməsinə kömək göstərir. Eyni zamanda Mehriban xanım fərqindədir ki, daimi qayğıya ehtiyacı olan insanların gündəlik tələbatlarını qarşılamaqla bu problemlər tam aradan qalxan deyil. İmkansız ailələrin zaman keçdikcə yeni nəsilləri formalaşır. Onlar da eyni sıxıntılardan əziyyət çəkə bilərlər. Ona görə də Mehriban xanım bu sıxıntıları aradan qaldırmağın yeganə, alternativsiz vasitəsi kimi təhsili, müasir dövrün bilik və bacarıqlarını aktuallaşdırır. Həyata keçirdiyi təhsil layihələrinin uğuru ilə göstərir ki, insanlara ən böyük kömək onlara savad vermək, hansısa sənət öyrətmək, əldə etdikləri müasir bilik və bacarıqlarla qlobal əmək bazarının üzvlərinə çevrilmələrinə kömək göstərməkdir. O, yerinə yetirdiyi layihələrlə bunun mümkünlüyünü sübuta yetirir. Getdikcə daha çox insanı, qurumu bu prosesə cəlb etməyə müyəssər olur.

Heydər Əliyev ideyaları ilə silahlanmış, hər zaman peşəkarlığı, işgüzarlığı və prinsipiallığı ilə seçilən Mehriban Əliyevanı xarakterizə edən digər mühüm göstəricilərdən biri milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verməsidir. İstər Heydər Əliyev Fondunun prezidenti, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, milli mədəniyyətimizin qorunması və dünyada təbliği Mehriban Əliyevanın xalqa xidmət missiyasının əsas istiqamətlərindəndir. Hansı ki, bunlar son nəticədə nəcib məqsədə - Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Ötən illər ərzində neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulması, muğam musiqi müsabiqələrinin və dünya şöhrətli musiqiçilərin yubileylərinə həsr edilmiş beynəlxalq festivalların keçirilməsi, xarici ölkələrdə müxtəlif sərgilərin təşkili bu ali məramın intişarına yönəlib.

Yaratdığı nümunələrlə, təlqin etdiyi dəyərlərlə Mehriban xanım gənclərimizin gələcəyinə yol açır. Onlar bu işıqlı şəxsiyyətdən görüb-götürürlər. Ondan xeyirxahlığı, mərhəməti, insanları halından anlamağı, cəmiyyət üçün faydalı olmağı, bir o qədər də fərdi inkişaf ruhunu, Vətənə məhəbbəti öyrənirlər. Mehriban xanımın təlqin etdiyi keyfiyyətlər gənclərimizi təhsil almağa, bilik və bacarıqlarını inkişaf etdirməyə, yaradılmış təhsil və karyera imkanlarından istifadə etməyə, ictimai həyatda fəal şəkildə iştiraka ruhlandırır. Onların sosial-iqtisadi müstəqilliyinə təminat yaradır. Zərərli vərdişləri, ziyanlı təsirləri gənclərimizin həyatından kənarlaşdırır.

Mehriban Əliyevanın respublikamızın Birinci vitse-prezidenti təyin olunması ilə bu günümüzü cəmi 3 il yarımlıq zaman kəsiyi ayırır. Elə də uzun olmayan bu dövrdə gördüyü işlər göstərir ki, Birinci vitse-prezident kimi Mehriban Əliyeva dövlətimizə və xalqımıza layiqincə xidmət edir, ilk növbədə, sosial həssas vətəndaş qruplarının ehtiyaclarına diqqət yetirməyi fəaliyyətinin prioriteti elan edib. Ötən 3 il yarımda məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi, 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi bunun bariz təcəssümüdür. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə keçirilməsi, müxtəlif ölkələrin və təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi, orta məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının təmiri və yenidən qurulması bu müddətdə Mehriban Əliyevanın fəaliyyətində prioritet təşkil edib.

Kimsəsizlərin, ahılların, xüsusi həssas əhali qruplarından olan hər kəsin güvənc yeridir Mehriban xanım. İnsanlar ona inanır, hər hansı problemləri ilə bağlı ürəklə, ümidlə ünvanına üz tuturlar. Bilirlər ki, üzləşdikləri durum Mehriban xanımın həssas nəzərlərindən, qayğıkeş münasibətindən kənarda qalmayacaq və problemlərə mütləq bir çarə tapılacaq. Təsadüfi deyil ki, Mehriban xanımın xeyirxah, humanist obrazı xalqımız tərəfindən yüksək qiymətləndirilir, o cümlədən bu misilsiz fəaliyyət sənət adamlarının yaradıcılıq nümunələrində əksini tapır. Yüz minlərlə insanın bu böyük şəxsiyyətə rəğbətini, ehtiramını mən hələ 2004-cü ildə sözləri Gülnur Aslana məxsus "Mehriban insan” əsərini bəstələməklə ifadə etmişəm.

Mehriban xanım bir xalqın tarix boyu əldə etdiyi ən qiymətli sərvət olan mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin hamisidir. Azərbaycan mədəniyyəti incilərinin qorunması, inkişafı, bütün dünyada təbliği istiqamətində gördüyü işlərlə milli ruhumuzun mühafizidir.

Xalqımızın milli-mənəvi dünyasında indi o özü də bir dəyərdir. Mehriban xanım bu adı, bu ucalığı öz əməlləri ilə qazanıb.

 

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

 

 

Son xəbərlər

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq

Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB

İlham Əliyev Kalaşnikovu qəbul edib

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA

Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt

İlham Əliyev KAICIID-in baş katibini qəbul etdi - Fotolar

Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH

Prezident ipoteka haqqında qanunu təsdiqlədi

Paşinyan İctimai Televiziyaya müsahibə verdi - 4 kənddən DANIŞDI

Əli Əsədov Türkiyə rəsmisini qəbul etdi

Vüqar Qurbanov ona vəzifə verdi

İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır

Ədalət Haciyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Mikayıl Cabbarov: "Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək"

Bütün xəbərlər