{category-title}

Nikulae Havrilet: “SOCAR Rumıniyada fəaliyyətini genişləndirə bilər”

 

 

SOCAR Rumıniyada fəaliyyətini genişləndirmək üçün fürsət əldə edə bilər.

Bu barədə Trend-ə Rumıniya İqtisadiyyat, Energetika və Biznes Mühiti Nazirliyinin dövlət katibi Nikulae Havrilet bildirib.

O qeyd edib ki, ötən il Rumıniyanın “Romgaz” şirkəti xarici bazarlarda fəaliyyətini genişləndirmək, yeni imkanlar araşdırmaq və SOCAR-la əməkdaşlıq şəraitində biznesinin genişləndirilməsində effektli yolları müəyyənləşdirməkdə maraqlı olduğunu bildirib.

“Əgər Rumıniya şirkəti bu dəniz layihələrində iştirak etmək qərarına gələrsə, Azərbaycan tərəfi “Romgaz”la ortaq olaraq Qara dənizdəki yataqların kəşfiyyatı və işlənməsində maraqlı olduğunu qeyd edib.

Bu mövzu “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı Məşvərət Şurasının 2020-ci ilin fevralında Bakıda keçirilmiş son iclası çərçivəsində iki şirkət arasında müzakirə edilib”, - deyə dövlət katibi əlavə edib.

Havrilet qeyd edib ki, SOCAR-ın fəaliyyəti, əsasən, Xəzər dənizinə yönəlsə də, Qara dəniz Xəzər regionu ilə Avropa bazarı arasında vacib enerji körpüsüdür.

“Rumıniya Qara dəniz sahilində strateji mövqe tutur və Xəzər və Aralıq dənizlərindən enerji ehtiyatlarının Mərkəzi və Şərqi Avropaya tranzitinə töhfə verə bilər”, - dövlət katibi deyib.

Bundan əlavə, o bildirib ki, Qara dəniz əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir və “Cənub Qaz Dəhlizi” üçün yeni mənbə kimi Azərbaycan üçün də maraqlı ola bilər.

Havrilet deyib ki, bu çərçivədə yaxın gələcəkdə Rumıniya Mineral Ehtiyatlar Agentliyi yeni tenderlər elan edəcək və bu, SOCAR-a Rumıniyadakı iştirakını genişləndirmək imkanı verə bilər.

Son xəbərlər

Patruşev NATO-nu hədələdi - “Bunu etməyə hazırıq”

“Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” - Qurban Qurbanov - Video

Koxalski “Nyukasl”la oyuna çıxacaq?

Səidə Haqverdiyevanın həbsi tələb edilir

“Qarabağ”ın oyununa satılan biletlərin sayı açıqlandı

ADY-nin mühəndisi qəza törətdi - Fotolar

Həmin əcnəbilərin cəzası 4 dəfə azaldıldı

QMİ Novruz süfrələrini iftar saatlarına uyğunlaşdırmağı tövsiyə edib

Prezident: Çinlə münasibətlərin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir

Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək

Emin Əmrullayev mərakeşli həmkarı ilə görüşüb

Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb

DYP: Yük avtomobillərinin iştirakı ilə baş verən avto qəzaların artması ciddi narahatlıq doğurur

Bu gün Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində işıq olmayacaq

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Kiyevdə partlayış törətməkdə ittiham olunan 2 nəfər saxlanılıb

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Türkiyədə mədəndə uçqun baş verib

Azərbaycan 2025-ci ildə Suriyaya 120 mln. dollarlıq qaz ixrac edilib

Əraqçi və Qrossi texniki müzakirələr aparıb

Sabah Ruben Vardanyana hökm oxunacaq

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrindəki müəllimlərin imtahan qaydası dəyişir

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

Bütün xəbərlər