{category-title}

 

Azərbaycan Televiziyasında ilk dəfə: “Xocalı - bir millətin kədəri” filmi nümayiş olunacaq

 

 

Bu gün saat 21:30-da Azərbaycan Televiziyasında ilk dəfə: “Xocalı - bir millətin kədəri” filmi nümayiş olunacaq.

Oxu.Az xəbər verir ki, “Xocalı – bir millətin kədəri” adlı sənədli filmi 1988-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalı, 1992-ci il fevralın 26-da Ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın və onun müxtəlif dairələrinin fəaliyyətinin və erməni yalanlarının ifşa olunması haqqındadır.

Sənədli filmin əsas səciyyəvi xüsusiyyətlərindən biri də Xocalıdan yeni videomaterialların filmin istehsalında istifadə olunmasıdır. Bu baxımdan, yeni film Azərbaycanda Xocalının bütün tarixi dövrlərini və 26 fevral 1992-ci il soyqırımını video-arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış real tarixdir.

“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev filmin üç dildə - Azərbaycan, ingilis, rus dillərində istehsal olunduğunu, cari ilin sonunadək isə daha iki dilə - türk və fransız dillərinə tərcümə olunacağını bildirib.

Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, ssenari müəllifi Birləşmiş Krallıqdan olan araşdırmaçı jurnalist İan Piert, məsləhətçiləri-Milli Məclisin deputatı Elman Məmmədov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi-alim Ramin Əlizadə və Natiq Alışov, quruluşçu rejissoru Teymur Nəcəfzadə, operatorları Pərviz Əliyev və Cahid Əliyevdir. Filmi Azərbaycan dilində Elşən Rüstəmov səsləndirib.

Qeyd edək ki, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilib.

Son xəbərlər

İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Azərbaycanda Milli Qurtuluş Günüdür

İsrail müdafiə naziri: Tehran "yanacaq"

Maliyyə Nazirliyində yeni təyinat olub

Netanyahunun ofisi: İsrail İrandakı əməliyyatını genişləndirir

İsrail İranın Mehrabad hava limanında qırıcı təyyarə anqarına zərbə endirib

Ötən gün dələduzluqla bağlı axtarışda olan 13 nəfər tutulub

İran XİN: ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb

Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq

Baş katib: "OPEС Yaxın Şərqdəki gərginliklə əlaqədar neft bazarında əlavə tədbirlərə ehtiyac görmür"

İran Natanz nüvə kompleksində radiasiya sızıntısı barədə məlumat yayıb

Üç şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib

Azərbaycanda taksi şirkəti və direktoru cərimələnib

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Ərdoğan İsrailin İrana hərbi hücumlarını pisləyib

MEDİA İsrail-İran münaqişəsində saxta məlumatlara qarşı sayıq olmaqla bağlı çağırış edib

Vəkillər Kollegiyasının sədri vətəndaş qəbulu keçirib

Tramp: İran nüvə sazişi şansından istifadə etmədi

İsrail hökuməti: İranın Natanzdakı nüvə obyektinə əhəmiyyətli zərər vurmuşuq

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Milli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

İran İsrail zərbələrinə sərt cavab verəcəyini vəd edir

Türkiyənin hakim partiyası İsrailin İrana hücumunu pisləyib

Buzovnada işıq olmayacaq

Bütün xəbərlər