{category-title}
Gündəm / Cəmiyyət
22.07.2020, 13:03
Azərbaycanda ilk dəfə pulsuz vay-fayı və mini barı olan dayanacaq quraşdırıldı
Azərbaycanda ilk dəfə olaraq bio smart avtobus pavilyonu yerləşdirilib.
Trend-in məlumatına görə, İsmayıllı rayon mərkəzində yerləşən dayanacaq-pavilyon artıq istifadəyə verilib. Dayanacaqda pulsuz wifi, tәhlükәsizlik kamerası, dezinfeksiya duşu, Mini bar (su, fanta, kola), enerji portu, usb quraşdırılıb.
Pavilyon günәş enerjisi ilә işlәyir. Dayanacaqda 8 oturacaq yerləşdirilib.