Xaçmaz rayonunda intihar faktı qeydə alınıb. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Yergüc kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Əlisultanov Rəhman Balasultan oğlu özünü yaşadığı evdə asıb. Faktla bağlı araşdırma aparılır.