{category-title}

SMS icazə ilə rayonlara getmək istəyənlər postlardan buraxılmayacaq - RƏSMİ

 

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş məhdudiyyətlərlə əlaqədar fəaliyyətinə icazə verilmiş qurum və təşkilatlarda işləyən bəzi şəxslərin xidməti vəsiqə, bəzilərinin “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatları, digər şəxslərin isə SMS məlumat əsasında ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank və ya poçt xidmətlərindən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün gündə 1 dəfə olmaqla 2 saat müddətinə icazə verilmişdir.

 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Publika.az-a bildirib ki, ötən gün ərzində aparılan müşahidələr göstərir ki, SMS məlumat vasitəsi ilə yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 saat müddətinə icazə almış bəzi rayon qeydiyyatlı şəxslər icazəni təyinatı üzrə deyil, sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən ərazilərə getmək üçün alırlar:

"Göstərilənləri nəzərə alaraq, DİN Baş DYP İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeran rayonunda yaşayan, lakin respublikanın ayrı-ayrı rayon və şəhərlərində daimi qeydiyyatda olan hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, infeksiyaya yoluxmanın yayılma sürətini nəzərə alaraq, SMS vasitəsi ilə icazə alıb daimi qeydiyyatda olduğu rayonlara getmək istəyən şəxslər həmin inzibati ərazilərin sərhədlərindəki avtomobil yollarında yerləşən karantin postlarından buraxılmayacaqlar.

Xahiş olunur ki, həmin şəxslər karantin postlarının paytaxtdan 50-60 kilometrlik məsafədə yerləşməsini nəzərə alaraq, qeyd olunan istiqamətlərə getməklə əlavə əziyyət çəkməsinlər, eləcə də ölkədə tətbiq edilmiş epidemiya əleyhinə və karantin rejimlərinin pozulmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmək üçün digər yollardan istifadə etməklə karantin ərazilərini keçməyə cəhd göstərməsinlər".

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər