{category-title}

Azərbaycanda 10 gün iş olmayacaq - Maaşlardan çıxılacaq?

 

İyun ayında iki bayramın olması istirahət günlərinin sayını artırıb. Bu ay ilk olaraq 15 İyun - Milli Qurtuluş Günü, daha sonra isə 26 İyun - Silahlı Qüvvələr Günüdür. Beləliklə, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq.

Lakin bayram günlərinin çoxluğu bəzi hallarda içşi-sahibkar münasibətlərində problem yaradır. Belə ki, bəzi sahibkarlar bu günlərin əvəzini işçinin maaşından çıxır. Bu isə narazılığa səbəb olur.<ins'>

Bu cür hallar əmək məcəlləsinə əsasən hüquqların pozulmasıdır?

Tanınmış vəkil Roman Qaraşov Redaktor.az-a bildirib ki, iş və istirahət günlərinin müəyyən olunması zamanı həmin günlərdə hansı idarə və müəssisələrin, təşkilatların fəaliyyətlərini davam etdirəcəkləri qərarda əks olunur:

"İnsanların minimum həyat tələbatlarının ödənilməsi üçün bəzi müəssisələr hər bir halda fəaliyyət göstərirlər. Onlara heç bir məhdudiyyət qoyulmur. Məsələn, çörək bişirmə sexində işləyən şəxs bu iddia ilə çıxış edə bilməz ki, 10 günlük tətildi və çörək bişirmirəm.

Burada növbətçilik qrafiki, iş saatlarına düzgün riayət olunması və s. bu kimi müddəalara ciddi şəkildə riayət etmək lazımdır. Lakin buna görə əməkhaqqının kəsilməsi təbii ki, qanunsuzdur. Buna görə sahibkarın işçinin əməkhaqqını kəsməsinə yol verilmir".

Vəkil qeyd edib ki, əgər əmək qanunvericiliyi pozularsa, onlar Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər:

"Əgər işçi işində olmalıdırsa, müqaviləli tərəf olaraq, o, işini görməlidir. Bundan başqa, özbaşına işburaxmaya görə işdən azad olunma kimi sərt intizam tədbirləri də tətbiq oluna bilər. Lakin digər hallarda işçinin aylıq qrafiki, tabeli olur. O, tabeldə göstərilən günlərdə işində olubsa, əməkhaqqı tam həcmdə ödənilməlidir. Əmək qanunvericiliyi pozularsa, işçilər Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər".

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər